Daşnaksütun rəsmisi: “Ölkəmiz iqtisadi və maliyyə böhranının başlanğıcındadır”

2020/06/66666-1593162577.jpg
Oxunub: 1709     17:43     26 İyun 2020    
Ermənistan Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, 2020-ci ilin yanvar-may aylarında iqtisadi böhran daha da dərinləşərək -3,9 faiz təşkil edib.

Ordu.az xəbər verir ki, bu, Daşnaksütun Bürosunun iqtisadi araşdırmalar ofisinin cavabdehi, erməni iqtisadçı Suren Parsyanın məqaləsində qeyd olunub.

O, məqaləsində Ermənistanın iqtisadiyyat sahəsində mövcud olan göstəricilərə və böhrandan çıxış yollarına toxunub.

Parsyanın sözlərinə görə, daha çox narahatverici məsələ xarici ticarət dövriyyəsinin -11,2 faiz azalmasıdır, ixrac -8,1 faiz, idxal isə -12,8 faiz azalıb.

“Ölkəmiz iqtisadi və maliyyə böhranının başlanğıcındadır, hakimiyyət sosial-iqtisadi məsələləri ön plana çəkməlidir, əks təqdirdə, böhran iqtisadiyyatımız üçün fəlakət olacaq”, - deyə Daşnaksütun Bürosunun iqtisadi araşdırmalar ofisinin cavabdehi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İqtisadi-böhran  

Daşnaksütun rəsmisi: “Ölkəmiz iqtisadi və maliyyə böhranının başlanğıcındadır”

2020/06/66666-1593162577.jpg
Oxunub: 1710     17:43     26 İyun 2020    