Hərbçilərimiz Moskvadakı Qələbə paradında - FOTOLAR (VİDEO)

2020/06/10548-3185974738.jpg
Oxunub: 7131     12:19     24 İyun 2020    
Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçirilir.

Ordu.az xəbər verir ki, paradda Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti də iştirak edir.

Qələbə paradında hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olub.

Hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayır.

İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçib.

Paradın aparıcısı xatırladıb ki, İkinci Dünya müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Parad  

Hərbçilərimiz Moskvadakı Qələbə paradında - FOTOLAR (VİDEO)

2020/06/10548-3185974738.jpg
Oxunub: 7132     12:19     24 İyun 2020    