Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 2265     11:16     30 İyun 2020    
Ordu.az 2020-ci ilin iyunun 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İyun ayının nəticələrinə görə, Ermənistan ordusunda 4 ölüm hadisəsi (3-ü qəza, 1-i xəstəlik) qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 19 düşmən hərbçisi (10-u qəza, 6-sı döyülmə, 1-i soyuq silahla zərbə, 1-i güllələnmə, 1-i naməlum) yaralanıb.

Həmçinin 3 korrupsiya, 2 fərarilik, 2 rüşvət, 2 oğurluq və qəza nəticəsində 1 mülki şəxsin öldürülməsi faktı da aşklarlanıb.

1 iyun

Ayın ilk günündə Ermənistanın Artik polis bölməsinin azyaşlılarla işlər üzrə şöbəsinin əməkdaşları alınmış operativ məlumatlardan istifadə edərək xüsusilə böyük məbləğdə oğurluq edilməsi şübhəsi ilə Vanadzor şəhər sakini, 27 yaşlı M. Spiridonu idarə etdiyi “Opel” markalı avtomobillə birlikdə həbs ediblər. Polis bölməsində M. Spiridonun üzərində şəxsi axtarış aparılıb və böyük məbləğdə pul aşkar edilib.

Həbs olunan şəxs etiraf edib ki, mayın 31-də saat 21:30 radələrində Artik şəhərinin Ağakaryan küçəsinin 49 saylı evinin yataq otağının pəncərəsini sındıraraq içəri daxil olub, şkafdan 10 milyon dram və 3 milyon dram dəyərindən qızıl-zinət əşyalarını oğurlayıb. Onun üzərində həmçinin güllərlə doldurulmuş və döyüş vəziyyətinə gətirilmiş “Makarov” tipli tapança aşkar edilib.

Tapança avtomobilin içərisində tapılıb və M. Spiridon polis bölməsində bildirib ki, tapançanı heç kimin xəbəri olmadan döyüş növbətçiliyini təhvil verməzdən əvvəl Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin arsenalından götürüb.

Məlumata görə, tapança Vanadzor sakini 30 yaşlı A. Jirayrın adı ilə qeydiyyata alınıb. M. Spiridon Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində komandir koməkçisi-psixoloq, A. Jirayr isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qrup komandiri kimi xidmət edir.

2 iyun

Saat 13:35 radələrində "UAZ" markalı Ermənistan Müdafiə Nazirliyinin nömrəsi olan avtomobilin sürücüsü Ermənistanın Tavuş vilayətində Dilican şəhərinin “Qornaya Armenia” istirahət evinin yaxınlığında yerləşən meşədə hələlik naməlum şəraitdə ağaca çırpılıb.

Hadisə nəticəsində 1 nəfər yerində ölüb, 1 nəfər isə mülki sakinlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən və yaralanan şəxs Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir.

3 iyun

Ermənistan Mərkəzi Hərbi Prokurorluğu ötən il başlayan hərbçilərin mənzil təminatı ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb.

Ermənistan Mərkəzi Hərbi Prokurorluğunun Dövlət maraqlarının müdafiəsi şöbəsi tərəfindən, Ermənistan Müdafiə Nazirliyinin balansında olan mülkiyyət və ya ödənişsiz istifdəyə aid olan mənzil fondunun 5 ünvanda yerləşən 5 yaşayış binasının mənzillərindən ayrılan vəsaitlərlə bağlı cəmi 150 mənzil işi tələb edilib və alınıb. Bu işlərdən 91-i və ya 61% -i artıq araşdırılıb, bunlardan 21 hal üzrə pozuntular aşkar edilib.

Bu qanun pozuntuları əsasən kifayət qədər yaşayış sahəsinə sahib olmaq, mənzil almaq üçün maddi dəstək almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq üçün maddi yardım almaq, lazımi sənədlərini təqdim etməmək, saxta məlumatları ehtiva edən saxta sənədləri təqdim etmək, mənzil şəraitini süni şəkildə pisləşdirmək, mənzil şəraitini yoxlamamaq, müəyyən olunmuş qaydanı pozaraq ayrılmış mənzili başqa bir mənzilə əvəz etmək, növbə siyahılarına əsassız daxil edilmək və ya qanunsuz üstünlük əldə etmək, pulsuz istifadə və sonradan mənzilə mülkiyyət hüququ verilməsi halları ilə bağlıdır.

21 hərbi qulluqçularla bağlı 20 mənzildə, habelə mənzil almaq üçün cəmi 21-401.000 dram məbləğində ödənişsiz maddi yardım göstərilməsi ilə bağlı qanun pozuntuları qeydə alınıb.

*****

Saat 13:50 radələrində işğal altında olan Qarabağın Madagiz-Ağdərə avtomobil yolunun 17 km hissəsində qanunsuz “hərbi birləşmə”nin “N” saylı hərbi hissənin balansında olan “Ural” markalı, hərbi nömrəli avtomobil hərbi təlimdən qayıdarkən yolun hərəkət zolağından çıxıb və aşıb.

Baş verən hadisə nəticəsində erməni hərbi qulluqçuların çoxu xəsarət alıb.

Məlumatda görə, qəza nəticəsində “Ural”ın arxa hissəsində olan məcburi müddətli erməni hərbi qulluqçu, 2001-ci il təvəllüdlü sıravi əsgər Sarkis Masis Qulyan aldığı xəsarətlərdən ölüb, leytenant Abraham Tiqran Maruxyan, məcburi müddətli hərbi qulluqçular - kiçik çavuş Davit Armen Sarkisyan, sıravi əsgər Mikayel Samvel Vahanyan, sıravi əsgər Jirayr Viktor Manukyan, sıravi əsgər Arman Vahram Poğosyan və sıravi əsgər Artak Vardan Şekoyan müxtəlif bədən xəsarətləri ilə Ağdərə hərbi hospitalına yerləşdiriliblər.

*****

Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinin rəisinin birinci müavini, polkovnik Vazgen Henrik Marqaryan ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universiteti məlumat yayıb.

4 iyun

Ermənistan Müdafiə Nazirliyinin polkovniki və polkovnik-leytenantı məfəət əldə etmə işi üzrə müttəhim kürsüsünə düşüb.

Məlumata görə, Levon Hovhannisyan adlı şəxsə qarşı ittiham irəli sürülüb ki, o, “N” saylı hərbi hissənin komandiri, rütbəcə polkovnik, yəni vəzifəli şəxs olmaqla hərbi hissənin keçmiş komandirinin arxa və kommunal istifadə üzrə müavini, polkovnik-leytenant Mxitar Marat Avetisyanın təhriki ilə vəzifə səlahiyyətlərinin sərhədini aşıb, ciddi ziyana səbəb olub və Sünik vilayətinin Xndzoresk kənd sakini Kamo Artem Elizbaryan tərəfindən külli miqdarda məbləğin mənimsənilməsinə kömək edib.

*****

Ermənistan ordusunda tədris taborunun sıravi hərbi qulluqçusu taqım komandirinə qayçı ilə ağır bədən xəsarəti yetirməkdə ittiham olunur. Hadisə zabit otağında baş verib.

Tədris taborunun manqa komandiri, müddətli hərbi qulluqçu tədris bölüyünün anbarında hərbi xidmət vəzifələri ilə əlaqəli olmayan məsələ ətrafında tədris taqım komandiri, rütbəcə kapitan Melikyanla mübahisə edib və mübahisə zamanı sonuncunun ünvanına cinsi xarakterli söyüşlər səsləndirib.

Mübahisədən müəyyən müddət sonra, gecə saat 02:10 radələrində qeyd olunan mübahisəni davam etdirmək məqsədilə əsgər bölüyün zabit otağına gedib, orada əli ilə kapitanı döyüb, qayçı ilə kapitanın üzünə və sinəsinin sol yan hissəsinə zərbələr endirib.

Məhkəmə-tibbi ekspertizası rəyinə görə, qeyd olunan zərbələr nəticəsində kapitana həyati təhlükəli xəsarət yetirilib.

11 iyun

İşğal edilmiş ərazilərimizdə yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində növbəti “dedovşina” faktı üzə çıxıb.

6-cı dağ atıcı alayın hərbi qulluqçusu Vazgen Manukyan xidmət yoldaşları tərəfindən döyülüb. Tibb məntəqəsində ilkin yadım göstərildikdən sonra V.Manukyan xidmət yerinə qaytarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilmədən hadisə ört-basdır edilib.

*****

Ermənistan tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissəsinin 3-cü taborun 5-ci bölüyündə qulluq edən zabit dələduzluğa görə həbs edilib.

Harut Ağayan müxtəlif bəhanələrlə əsgər valideynlərindən küllü miqdarda pul alıb.

Bu rüşvətin müqabilində övladları üçün heç nə etməyən zabit barədə əsgər valideynləri hərbi prokurorluğa şikayət ediblər.

Daxil olan məktublar əsasında H.Ağayan istintaqa cəlb olunub.

13 iyun

Ermənistan tərəfindən işğal edilmiş Madagiz yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun qumbaraatan batareyasında xidmət edən əsgər Samson Harutunyan xidmət yerindən qaçıb.

Batareyanın əsgəri xəstəliyi ilə bağlı hərbi hospitala göndərilməsinə baxmayaraq tibb məntəqəsinə gedərkən yolda qaçıb.

*****

İşğal edilmiş Madagiz yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş telefonçu vəzifəsində xidmət edən əsgər Arkadiy Yepisqopsyan həbs edilib.

Xüsusi şöbənin zabiti polkovnik Zarzant Mxtryanın qaldırdığı vəsatətə əsasən artileriya idarəetmə taqımının baş telefonçusu A.Yepisqopsyana qarşı cinayət işi açılıb.

2001-ci il sentyabr ayının 29-da anadan olmuş hərbi qulluqçu A.Yepisqopsyan, bu ilin yanvar ayında Ermənistanın Artaşat rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Dağlıq Qarabağdakı işğalçı bölmələrdən birinə hərbi xidmətə göndərilib.

İstintaq zamanı məlum olub ki, A.Yepisqopsyan yüksək rütbəli zabitlərin telefon danışıqlarına qulaq asaraq onların qeydiyyatın aparırmış. Onun gizlin saxladığı qeyd dəftərində dinlədiyi danışıqların məzmununun, telefonunda isə bəzi danışıqların audio yazısının olduğu aşkar edilib. Hərbi polisin müstəntiqləri əsgərin bu danışıqları kimin əmri ilə qeyd etdiyini və kimlərə məruzə olunduğunu araşdırır.

17 iyun

İşğal edilmiş Əskəran yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində yerlibazlıq üstündə əsgərlər arasında kütləvi dava düşüb. Yaralananlar və həbs edilənlər var.

Zabit Arqat Balayanın məruzəsinə əsasən davada 3 nəfər xüsusi amansızlıqla döyüldüyü üçün daha ağır xəsarətlər alıb. Yaralanan üç hərbi qulluqçu hospitala təxliyə edilib, digərləri isə tibb məntəqəsinin həkimləri tərəfindən müayinə edilib.

Komandanlıq əvvəlcə hadisənin məişət zəminində baş verməsi versiyasını bəhanə edərək faktı ört-basdır etməyə çalışıb.

Sonradan kütləvi davanın irəvanlılarla qarabağlılar arasında baş verdiyi ortaya çıxıb və məsələyə Dövlət Təhlükəsizliyi Xidmətinin şöbə rəisi Erik Manasyanın rəhbərlik etdiyi istintaq qrupu müdaxilə edib.

DTX-nin əməkdaşlarının ortaya çıxardığı maraqlı məqam odur ki, bu cür hadisələr tez-tez baş verir və hərbi hissənin zabitləri buna göz yumurlar.

*****

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis işçiləri tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, V.H 2018-ci ilin martında keçmişdə Ermənistan Silahlı Qüvvələrində işləmiş R.M ilə görüşüb və sonuncu ilə oğlunun məcburi hərbi xidmətdən azad olunması ilə bağlı razılığa gəlib, bunun qarşılığında R.M görüş zamanı məsələnin həlli üçün 7.000 ABŞ doları dəyərində pul tələb edib.

Daha sonra V.H keçmişdə Ermənistan Silahlı Qüvvələrində işləmiş R.M-ya 6500 ABŞ dolları verib, qalan 500 ABŞ dollarını isə məsələ həll olunanda verəcəyini vəd edib.

Faktla bağlı 18.06.2020 tarixində Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisində Ermənistan Cinayət Məcəlləsinin 34-312-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və 178-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.

18 iyun

Saat 21:30 radələrində işğal altında olan Əsgəran-Ağdərə avtomobil yolunun 10-cu kilometrliyində Əsgəranda yaşayan 1979-cu il təvəllüdlü E.Q tərəfindən idarə olunan, Ermənistan ordusuna məxsus “PZM-2” markalı və 1978-ci il təvəllüdlü N.M tərəfindən idarə olunan “Opel Corsa” markalı avtomobillər bir-biri ilə toqquşub.

Baş vermiş hadisə nəticəsində “Opel Corsa” markalı avtomobilin sürücüsü N.M hadisə yerində ölüb.

20 iyun

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində daha bir cinayət hadisəsi qeydə alınıb.

Düşmən ordusunun 7-ci dağ atıcı alayının hərbi qulluqçusu naməlum şəraitdə yaralanıb.

Komandanlıq tibb məntəqəsinə yerləşdirilən əsgərin yaralanma faktını ört-basdır etməyə çalışıb. Lakin sonradan vəziyyəti ağırlaşdığı üçün alay komandiri yaralanan hərbi qulluqçu Ardak Qriqoryanı hərbi hospitala göndərmək məcbiriyyətində qalıb. Faktın üstü açıldıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda A.Qriqoryan hərbi polisin nəzarəti altında müalicə olunur.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin daha bir əsgəri fərarilik edib.

Məlumatı verən zabit Gevorq Davtyanın bildirdiyinə görə əsgər Arman Hakopyanın fərarilik etməsi axşam yeməyindən sonra məlum olub.

İki gün axtarışdan sonra atasının qonşu rayonda yaşayan əsgərlik dostunun evindən tapılan A.Hakopyan saxlanılıb.

A.Hakopyan izahatında xidmət yoldaşları tərəfindən mütəmadi olaraq döyülməkdən, incidilməkdən və təhqir edilməkdən bezdiyi üçün qaçdığını yazıb.

24 iyun

İşğal edilmiş Madagiz yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 33651 saylı hərbi hissəsinin batareya komandiri əsgərlər tərəfindən vəhşicəsinə döyülüb.

Tank əleyhinə batareya komandiri Valeri Hayrapetyan gecə vaxtı əsgərlər tərəfindən kazarmanın dəhlizində döyülüb.

Məlum olub ki, onun təhqirlərindən və söyüşlərindən təngə gələn əsgərlər toplaşaraq komandiri “cəzalandırmaq” barədə qərar qəbul ediblər. Baş nahiyəsindən, üz-gözündən çoxlu zərbələr nəticəsində xəsarətlər alan zabit V.Hayrapetyan bir daha “cəzalandırılacağından“ qorxduğu üçün izahatında onu kimlərin vurduğunu görmədiyini və heç kimdən şikayətçi olmadığını bildirib. Əsgərlər arasında söz gəzir ki, zabit şikayətçi olacağı təqdirdə öldürüləcəyi barədə xəbərdarlıq alıb.

Zabit şikayət etmədiyi üçün komandanlıq faktı ört-basdır edib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində yerlibazlıq zəminində daha bir cinayət hadisəsi baş verib.

Ermənistanın Artaşat şəhərindən çağırılan və işğalçı ordunun 4-cü taborunun 10-cu bölüyündə xidmət edən Artur Qriqoryan qarabağlılar tərəfindən döyülüb.

Aldığı ağır zərbələr səbəbindən halı pisləşən hərbi qulluqçu A.Qriqoryan hərbi hospitala yerləşdirilib.

25 iyun

İrəvanda baş vermiş avtoqəza nəticəsində xəstəxanaya yerləşdirilmiş yaralı və sürücülərin kimliyi məlum olub. “Mercedes” markalı avtomobili İrəvan sakini, 51 yaşlı Arsen Sarkisyan, “Ford” markalı avtomobili 57 yaşlı Mohsen Farşbaşi idarə edib, dayanmış “Mitsubishi” markalı avtomobil isə İrəvan sakini, 58 yaşlı Samvel Saribekyana aid olub.

Qəza nəticəsində A. Sarkisyan “Astğik” tibb mərkəzinə, onun sərnişini, İrəvan sakini, 54 yaşlı Vardan Şahinyan isə 1 nömrəli universitet xəstəxanasına yerləşdirilib.

Sürücü A. Sarkisyan Ermənistan Dövlət Gəlirləri Komitəsinin baş əməliyyatçısıdır, rütbəcə polkovnik-leytenantdır, xəstəxanaya yerləşdirilmiş V. Şahinyan isə qeyd olunan komitənin baş əməliyyatçısıdır və rütbəcə mayordur.

27 iyun

Ermənistanın Qeğarkunik vilayətində odlu silah tətbiq edilməsi ilə qətl baş verib. Saat 00:05 radələrində Qeğarkunik qarnizon hərbi hospitalından Vardenis polis bölməsinə məlumat daxil olub ki, bir nəfər şəxs çoxsaylı güllə yaraları ilə hospitala yerləşdirilib.

Polis və müstəntiqlər müəyyənləşdiriblər ki, yaralı Vardenis şəhərinin Çarents küçəsinin sakini, 25 yaşlı Torqom Harutyunyandır. O, saat 04:00 radələrində xəstəxanada huşunu itirərək ölüb.

Məlumata görə, T. Harutyunyana AK tipli avtomatdan atəş açıblar. Harutyunyanı birinci mərtəbənin pilləkənlərində bıçaqlamış şəxs onun istiqamətində atəş açıb.

Polis və müstəntiqlər atəş açılmış yerdə AK tipli avtomatın 7.62 mm çaplı 19 ədəd gilizini tapıblar.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Qeğarkunik vilayəti istintaq idarəsinin Vardenis istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi və 235-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qeğarkunik qarnizon hərbi hospitalından verilən məlumatla bağlı heç bir açıqlama yaymayıb.

28 iyun

Saat 13:20 radələrində Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin 9-11 əməliyyat idarəetmə mərkəzinə məlumat daxil olub ki, Tavuş vilayətinin Berd icmasının Artsvaberd yaşayış məntəqəsinin "Taqavorants" adlanan ərazisində traktor aşıb.

Sakinlər "DT-75" markalı traktordan sərnişin, 37 yaşlı Karen Babasyanı çıxarıblar və o, Berd tibb mərkəzinə yerləşdirilib.

Sürücü, 30 yaşlı Hakob Babasyanı isə traktordan xilasedicilər çıxarıblar və Berd tibb mərkəzinin təcili yardım avtomobilinə yerləşdiriblər.

Hər iki şəxs qeyd olunan tibb mərkəzinə yerləşdiriliblər. H. Babasyan tibb mərkəzində huşunu itirərək ölüb. Ölmüş şəxs və yaralı Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir. Məlumata görə, onlar doğma qardaşdırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 2266     11:16     30 İyun 2020    