Daha bir müharibə veteranı haqq dünyasına qovuşub - FOTOLAR

2020/06/10504-1592908102.jpg
Oxunub: 6971     16:21     23 İyun 2020    
Daha bir müharibə veteranı haqq dünyasına qovuşub.

Ordu.az-ın məlumatına görə, İsmayılov Arif İsmayıl oğlu 1969-cu il iyulun 20-də Ağdərə rayonu Baş Güney kəndində anadan olub.

O, Baş Güney kənd orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarında hərbi xidmətini keçib. Qarabağ münaqişəsinin ilk günlərindən Azərbaycanda yaradılan polis dəstələrinə könüllü yazılan ilk üzvülərdən biri olub.

O, Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralanıb. Döyüşlərin birində kəllə-beyin travması alıb. Tərxis olunduqdan sonra həmin xəsarətlə bağlı Azərbaycanda və Türkiyədə müalicə alıb.

Ordu.az redaksiyası olaraq qazimizin ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müharibə-veteranı  

Daha bir müharibə veteranı haqq dünyasına qovuşub - FOTOLAR

2020/06/10504-1592908102.jpg
Oxunub: 6972     16:21     23 İyun 2020    