Litva hərbi qabiliyyətini artırır

2020/06/3333-1593165701.jpg
Oxunub: 1816     19:21     26 İyun 2020    
Baltikyanı ölkələr Avropanın ən hərbiləşdirilmiş bölgələrindən biri olmağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Eurasia Review” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəlif yazır ki, Almaniyadakı Amerika qoşunlarının 25.000-ə endirilməsi, Baltikyanı ölkələr ilə ABŞ arasındakı əlaqələri daha da möhkəmləndirə bilər. Tədricən Baltikyanı ölkələr Şərqi Avropadakı gərginliyin artması fonunda Vaşinqtonun ən etibarlı tərəfdaşlarına çevrilirlər.

Məqalədə qeyd olunur ki, Litva ölkənin hərbiləşdirilməsi siyasətini davam etdirir. Litva Müdafiə Nazirliyinin planlarına görə, Quru Qoşunları 2026-cı ilə qədər lazımi infrastrukturu olan 10-larla sursat anbarı qurmaq niyyətindədir.

Ümumiyyətlə, anbar 1100 ton silah-sursat saxlamaq imkanını verir.

Nəticədə, NATO və ABŞ-ın Baltikyanı bölgədəki mövcud təhlükəsizlik siyasəti Litvada hərbi imkanların artmasına səbəb olur. Silah və sursatın yüksək konsentrasiyası siyasi gərginlik və ya beynəlxalq vəziyyətin pisləşməsi halında hərbi təhdid mənbəyi ola bilər.

Son zamanlar ölkədə müdafiə xərclərinin artması ilə bağlı çoxlu müzakirələr gedib. 2018-ci ildə Seymdə təmsil olunan siyasi partiyalar (Sosial Demokratlar istisna olmaqla) Litvanın müdafiə siyasətinin ÜDM-in 2,5%-ə qədər xərcləməsinə nail olmaq üçün mübahisəli bir razılaşma imzalayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Litva   Ordu  

Litva hərbi qabiliyyətini artırır

2020/06/3333-1593165701.jpg
Oxunub: 1817     19:21     26 İyun 2020    