Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir

2020/06/221-1593165327.jpg
Oxunub: 2889     16:03     26 İyun 2020    
26 iyun 1918-ci il tarixli fərmanla milli ordunun yaradılmasına başlanıldı. Hərbiyyə Nazirliyi təsis edildi. Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.

Qısa müddət ərzində Hərbiyyə Nazirliyinin aparatı yaradıldı. Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında ordunu nizami ordu kimi formalaşdırmağa yönəldilən işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Azərbaycanda yaranmış siyasi vəziyyət, hakimiyyət boşluğu dövlətçiliyin itirilməsi təhlükəsini yaratmışdı. Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Respublikamızda ordu quruculuğunda da mühüm tədbirlər həyata keçirildi. Yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı; ordu nizami ordu kimi formalaşdı.

Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu. Dövlət başçısı Heydər Əliyev hərbi təhsil sistemini daha da inkişaf etdirildi.

Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.

Bu gün Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu və milli təhlükəsizlik siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunub, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılıb. Bütün bunların nəticəsidir ki, ordunun şəxsi heyəti yüksək döyüş ruhuna malikdir.

Hazırda Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqram tətbiq edilir ki, bu da yüksək hazırlığa malik zabit kadrlarının hazırlanmasına imkan verir. Xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti Türkiyənin, ABŞ-ın, Litvanın, Pakistanın, İordaniyanın, eləcə də NATO-nun hərbi təhsil müəssisələrinin nümayəndələri ilə vaxtaşırı təcrübə mübadiləsində iştirak edir. Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədi ilə Hərbi Akademiyada tədris proqramına yeni fənnlər daxil edilib.

Təlimlərdə hərbi hissələrin döyüş texnikalarının, müasir silahların tətbiqi imkanları öyrənilir, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili səviyyəsi yoxlanılır.

Əminik ki, uğurlu inkişaf yolu keçən ordumuz Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcəkdir.

Orxan Hüseynli, "Azərbaycan Ordusu"

***

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Müstəqil dövlətin ordusu da yaradıldı. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarına əsasən ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Daha sonra AXC-nin Hərbiyyə Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov Hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildi. Qısa müddət ərzində ordumuz ölkəmizin müstəqilliyinin qorunması istiqamətində uğurlar qazandı. Bakı və ətraf qəzalar erməni-bolşevik işğalından xilas olundu. Ordumuzda Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Mirzə Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generallar xidmət edirdilər. Ancaq AXC-nin süqutu hərb sahəsində qarşıya qoyulan bütün planları puç etdi. Bolşeviklərin işğalından sonra AXC-nin bütün strukturlarının fəaliyyətinə son verildi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlətin ordusu da yaradıldı. Hələ ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu dövrdə - 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, həmin məktəbi bitirən kursantların hərbi məktəblərə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. Milli zabit kadrlarımızın hazırlanmasına başlandı. Ulu Öndərin diqqət və qayğısı nəticəsində yeni açılan məktəb dövrünün ən müasir hərbi təhsil müəssisəsinə çevrildi. Bu da ölkəmizdə hərbçi peşəsinin nüfuzunun artmasında müstəsna rol oynadı.

Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələri formalaşdırıb nizami orduya çevirə bilmədilər. Bunun nəticəsində düşmən torpaqlarımızın 20 faizini zəbt etdi, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin saldı, on minlərlə insanı məhv etdi. Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı.

Xalqımız yaranmış vəziyyətdən çıxış yolunu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişdi. Ölkəmizdə ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yarandı. Ordu sıralarında xidmət edən şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi kimi məsələlər daim diqqət mərkəzində saxlanıldı.

Bu gün Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun gücü 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri zamanı təsdiqləndi.

Bu qələbələr Böyük Qələbəylə tamamlanacaq!

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"

***

Müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin, müasir ordumuz Cümhuriyyət ordusunun varisidr. Bu baxımdan Azərbaycan Ordusunun 102 yaşı tamam olur.

Müasir Azərbaycan Ordusunu nizami ordu kimi müasir Azərbaycanın dövlətçilik memarı ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Belə ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, vətəndaş müharibəsi təhlükəsini aradan qaldıran, separatçılığı ləğv edən dahi tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində irimiqyaslı islahatlar başladı. Təlimlər şəxsi heyətin döyüş hazırlığının səviyyəsini, bu və ya digər tədbirlər, eləcə də Ali Baş Komandanın ön xətdə, səngərlərdə əsgər və zabitlərə məsləhətlər, tövsiyələr verməsi, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırması şəxsi heyətin mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksəltdi. Uğurlu Horadiz əməliyyatı da istər ordunun şəxsi heyətinin, istərsə də ictimaiyyətin qələbəyə inamını da artırdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğurla davam etdirir. Ordumuzun silahlanmasına ən müasir döyüş texnikaları, avadanlıq və qurğular daxil edilib. Genişmiqyaslı təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığının artırılmsında, təkmilləşməsində müstəsna rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin ön xətdə əsgər və zabitlərə tövsiyələr verməsi də, əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması da mənəvi-psixoloji hazırlığın yüksəldilməsini təmin edir.

Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə - torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Hüsniyyə İdrisova, BSU-nun III kurs tələbəsi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ordu   Qələbə  

Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir

2020/06/221-1593165327.jpg
Oxunub: 2890     16:03     26 İyun 2020    