Ermənistanın keçmiş MTX direktoru: “Paşinyan siyasi marağını vətəndaşlarımızın həyatından üstün tutur”

2020/06/22222-1592558921.jpg
Oxunub: 1088     17:51     19 İyun 2020    
Ermənistanın siyasi sahəsində müxaliflər birləşirlər. “Çiçəklənən Ermənistan” partiyası, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın “Vətən” partiyası və Daşnaksütun partiyası bir blokdadır.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan bildirib ki, Ermənistanda yaranmış bugünkü vəziyyət bir sıra kobud, bəzi yerlərdə hökumətin və şəxsən Paşinyanın yol verdiyi taleyüklü səhvlərin nəticəsidir.

“Onlar on minlərlə xəstəliyə, yüzlərlə ölümlərə, hələ də dayanmayan faciəyə səbəb olan bu səhvləri başa düşməyə və qəbul etməyə hazırdırlar? Paşinyan siyasi marağını vətəndaşlarımızın həyatından üstün tutur”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Ermənistanın keçmiş MTX direktoru: “Paşinyan siyasi marağını vətəndaşlarımızın həyatından üstün tutur”

2020/06/22222-1592558921.jpg
Oxunub: 1089     17:51     19 İyun 2020    