Ordu.az xəbər verir ki, bu barədə İsrailin nüfuzlu "Jerusalem Post" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, İsrailə bunlarla yanaşı qırıcıların eksperimental (test) versiyası da tədarük ediləcək.
Daha sonra İsrail 2020-ci ilin noyabr ayında daha üç ədəd F-35I alacaq və bununla da İsrail Hərbi Hava Qüvvələrinin inventarında olan F-35I qırıclarının sayı 27-yə çatacaq.
Qeyd edək ki, İsrail F-35I qırıcılarından 50 ədəd sifariş verib. Qırıcıların 2024-cü ilədək tədarük edilməsi nəzərdə tutulub.
F-35I İsrail Hərbi Hava Qüvvələri üçün xüsusi olaraq istehsal edilib və ivrit dilində "qüdrətli" mənasını verən "Avir" adlandırılıb.
Sevinc Əliyeva
Ordu.az