İnformasiya təhlükəsizliyi və dövlət maraqları

2020/06/660f7-1591438192.jpg
Oxunub: 1617     16:28     25 Sentyabr 2020    
Dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədən isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Təhlükəsizlik, bu baxımdan informasiya təhlükəsizliyi ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın riayət etməli olduğu yaşam tərzi kimi sabitliyin qarantıdır.

Bu gün cəmiyyət informasiyalaşdıqca, insanlar informasiyadan daha artıq dərəcədə asılı vəziyyətə düşürlər. İnformasiya təhlükəsizliyinin təmin olunmaması isə cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Ölkədəki siyasi, hərbi, fövqəladə və s. vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər.

İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Ölkəmizdə bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, qanunvericilik, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılmaqdadır. Buna baxmayaraq cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirlər kimi beynəlxalq hüquqi mexanizmlərin ciddi araşdırılması, milli normativ-hüquqi bazanın formalaşdırılması, təhlükəsizlik siyasətinin işlənilməsi və reallaşdırılması, xüsusi texnologiyaların tətbiqi, ölkə və korporativ səviyyədə informasiya təhlükəsizliyinin monitorinqi və menecmentinin aparılması, kadr hazırlığı, əhalinin maarifləndirilməsi və vətəndaşlarda informasiya mədəniyyətinin tərkib hissəsi kimi informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması məsələləri aktuallıq kəsb edir. Bu mənada milli, iqtisadi, hərbi siyasətin əsas məqsədi sabitliyin təmin olunması, təhlükəsizlik mühitinin yaradılmasıdır.

Bu gün dünyada informasiya texnologiyalarının köməyi ilə bir çox hərbi və digər sahələrdə münaqişələr yaratma taktikası dəyişir. İnformasiya və dezinformasiyanın kimin nəzarətində olması mühüm rol oynayır. Bəzən dezinformasiya təhlükəli bir silaha da çevrilir. Mövcud "İnformasiya təhlükəsizliyi", "İnformasiya müharibəsi" terminləri hərbi sahədə daha çox istifadə edilsə də, kütləvi informasiya vasitələrinin və kommunikasiya texnologiyalarının inkişafı ilə bir qədər başqa əhəmiyyət daşımağa başlayır.

Müasir dövrdə əsas təsir obyekti olaraq resurslar arasında informasiya mübadiləsinin, milli resursların məxfiliyinin qorunub saxlanılması tələb olunur. Bu mənada Azərbaycanda da informasiya təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Artıq ölkəmizdə dövlət və qeyri-dövlət sektorlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün hüquqi-normativ aktlar hazırlanıb və müəyyən addımlar atılıb. Belə ki, həm kiber hücumların qarşısının alınması ilə bağlı Cinayət Məcəlləsinin maddələri təkmilləşdirilib, həm də dövlət sirlərinin qorunması ilə bağlı qanunlara dəyişikliklər edilib.

Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub. Hələ ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun 1998-ci il aprelin 3-də qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı.

Bu gün informasiya təhlükəsizliyinə təhdidlər çox ciddi mərhələyə adlayıb. Dünyanı narahat edən ən böyük problem - beynəlxalq terrorizm məhz informasiya təhlükəsizliyi siyasətindəki boşluqlar səbəbindən həyata keçirilir. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Məsələnin kökündə internetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi dayanır. Bu məqsədlə 27 aprel 2018-ci il tarixdə Azərbaycanda informasiya təhlükəsizliyi üzrə yeni qurum yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Sərəncam imzalayıb. Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirlər ilə bağlı müntəzəm təhlillər aparılmasını, təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin edir. Bundan başqa, komissiya ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsini, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsini və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını, aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialın gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil edir.

Müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və milli təhlükəsizliyə informasiyaların ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir. Bunun üçün informasiya təhlükəsizliyini qorumaq məqsədilə ictimai maarifləndirmə kampaniyasına da ehtiyac vardır. Bu yolda vətəndaş cəmiyyətinin üzərinə müxtəlif vəzifələr düşür.

Bu gün ölkəmizdə kütləvi informasiya vasitələri inkişaf etdikcə, internet daha çox vüsət aldıqca, məlumat azadlığı təmin olunduqca, informasiya təhlükəsizliyi məsələsi bir qədər ön plana çıxıb. Belə ki, yaşadığımız regionu, müharibə vəziyyətində olmağımızı nəzərə alaraq dövlət siyasətimizdə informasiya təhlükəsizliyinə xüsusi əhəmiyyət verilir. Dövlətin əsas vacib güc strukturlarından biri olan Müdafiə Nazirliyində isə informasiya təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirilir. Belə ki, Nazirliyin Mətbuat Xidməti kütləvi informasiya vasitələri ilə əlaqələrə mühüm yer verir və bu əməkdaşlıq onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Nazirlik daim ünsiyyətdə olduğu auditoriyalarla, dövlət qurumlarıyla, QHT-lərlə, vətəndaş cəmiyyətiylə, icmalarla və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirir, ordu ilə bağlı məlumatların KİV-ə çatdırılmasında, ictimaiyyətlə bu qurum arasında ünsiyyət körpüsü yaradılmasında, "Açıq qapı" günlərində vətəndaşların hərbi hissələrlə tanışlığının təmin edilməsində, hərbi sirrin qorunması şərtilə fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mühüm rol oynayır. Bir sözlə, Nazirlik KİV-lə səmərəli əməkdaşlıq edir, milli təhlükəsizliyin qorunması məqsədilə materialları ənənəvi mediaya, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə, xəbər portallarına göndərir və öz işini KİV-lə əməkdaşlıq şəraitində qurur.

Bu gün KİV və onun aparıcı qüvvəsi olan jurnalistlərin üzərinə xüsusilə böyük məsuliyyət düşür. Çünki onlar güclü təsirə malik olan söz sahibi, yaradıcı şəxslər və təbliğatçılardır. Buna görə də jurnalistlər onlara verilən bu imkandan sui-istifadə etməməli, qanunlar çərçivəsində fəaliyyət göstərməli, dövlətin konstitusion quruluşuna qarşı çıxmamalı, Vətəni sevməli, insanlara vətənpərvərlik hissləri aşılamalı, öz peşələrinə vicdanla yanaşmalı, ən vacibi hərbi informasiyanı cəmiyyətə ötürərkən informasiya təhlükəsizliyini qorumaq məqsədilə aidiyyəti dövlət qurumundan yararlanmalıdırlar. Onlar informasiya təhlükəsizliyinin cəmiyyətin mövcudluğunda, onun inkişafında, dövlətçiliyin saxlanılmasında mühüm rol oynadığını nəzərə alaraq milli maraqları qorumalı və dövlətimizin təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak etməlidirlər ki, Azərbaycanımızın müstəqilliyi daimi, dönməz və əbədi olsun.

Məhəmməd Əliyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İnfirmasiya-təhlükəsizliyi  

İnformasiya təhlükəsizliyi və dövlət maraqları

2020/06/660f7-1591438192.jpg
Oxunub: 1618     16:28     25 Sentyabr 2020    