Liviya hökuməti Həftər qüvvələrinin məğlub olduğunu elan edib

2020/06/53685-1591431540.jpg
Oxunub: 1202     13:55     06 İyun 2020    
Liviyanın BMT tərəfindən tanınan Milli Razılaşma Hökuməti feldmarşal Xəlifə Hafterə sadiq qüvvələrin məğlub olduğu elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni ordunun ölkə paytaxtı Tripoli və Tarhunədəki uğurlarından sonra “Twitter” hesabında yazıb.

"Bu gün qələbəmizi qeyd edirik. Bu gün Tarhune azadlığına qovuşdu. İqtidar oğrusu Hafterin macərası rəsmən baş çatdı...

Yaxın günlərdə şərq, qərb, şimal, cənub (Liviyanın bütövlüyünü nəzərdə tutur - red.) hamımız birlikdə olacağıq. Hər kəsi, özəlliklə gəncləri keçmişdən dərs almağa, siyasi iradələri üzərində hakimiyyət qurmaq istəyənlərə, yaxud siyasət tacirlərinə izn verməməyə çağırıram. Məğlub olmuş, zamanı bitmiş bir qatillə deyil, sağlam qüvvələrlə barış və dialoq qurmaq vaxtıdır", - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Liviya   Həftər  

Liviya hökuməti Həftər qüvvələrinin məğlub olduğunu elan edib

2020/06/53685-1591431540.jpg
Oxunub: 1203     13:55     06 İyun 2020    