Robotlar postda?| Leonardo da Vinçinin "Gəzən Adamı"nı xatırlayaq

2020/06/14610-1591354292.jpg
Oxunub: 2816     15:40     05 İyun 2020    
1980-ci illərin ortalarında SSRİ-də gizli obyektləri qorumaq üçün nəzərdə tutulan robotlar, uzaqdan idarə olunan qumbaraatan kompleksi bazasında hazırlanırdı. Bəşəriyyət tarixində müharibələrin mövcud olduğu müddətdə bir çox hərbi rəhbərlər öz qoşunlarının itkisini azaltmaq barədə düşünərək beyin sındırırlar.

Bu gün bu problemi həll etməyin üç yolu mövcuddur: müdafiəni yaxşılaşdırmaq və gücləndirmək, daha güclü inkişaf etmiş silahlar yaratmaq və canlı əsgəri hərbi əməliyyatlar prosesindən kənarlaşdırmaq. Son yol yalnız insanın iştirakı olmadan işləyən, həm özüyeriyən, həm də stasionar tipli avtomatlaşdırılan (robot) döyüş maşınlarının yaradılması ilə həyata keçirilir. Bu maşınları yaratmağa uzun müddətdir çalışırlar. Leonardo da Vinçinin "Gəzən Adamı"nı xatırlamaq kifayətdir. Bu irəli, geri, əyil kimi məhdud hərəkət proqramına malik olan sadə bir aparat idi. Bu robot metal zirehdə yerləşirdi.

XIX əsrdə elm və sənayenin inkişafı ilə, nəqliyyat vasitələri üçün çəkici qüvvə ola biləcək və hətta sürət yarışlarında iştirak edə biləcək at və dəmir adam şəklində buxar robotları haqqında ideyalar ortaya çıxdı.

Lakin bu məsələdə irəliləyiş yalnız keçən əsrin 30-cu illərdə əldə edildi. 1929-1930-cu illərdə SSRİ-də qənimət olaraq ələ keçirilən Fransanın "Renault" tankının bazasında kabel ilə idarə olunan prototip hazırlandı. 1931-1932-ci illərdə yerli istehsal MS-1 və ya TT-18 tankı artıq sınaqdan keçirildi. Bu vasitə radio ilə idarə olunurdu və saatda 4 km sürətlə hərəkət edərək, "irəli", "sağa", "sola", "dayan" əmrlərini yerinə yetirə bilirdi.

1934-cü ildə "Titan" kodu altında TT-26 teletankı hazırlandı, onu OB atıcı qurğusu və çıxarıla bilən odsaçan ilə təchiz etdilər. TT-26 tankları 1935-1936-cı illərdə kiçik bir seriya ilə (55 maşın) buraxıldı. TT-26 teletankları idarəetmə cihazları ilə təchiz edilən adi T-26 tankından idarə edilirdi.

İkinci Dünya müharibəsi zamanı İtaliya və Almaniya cəbhədə güclü partlayıcı yük daşıyan və uzaqdan idarə olunan qayıqlardan istifadə etdilər.

İkinci Dünya müharibəsindən sonra mütəxəssislər hərbi və gizli obyektləri qorumaq, müharibə şəraitində isə düşmənin mümkün hücum istiqamətlərini əhatə etmək üçün nəzərdə tutulan stasionar uzaqdan idarə olunan qurğuların yaradılması barədə düşünməyə başladılar. Bu cür qurğular ərazinin effektiv müdafiəsini minimal qüvvələrlə təmin etməyə kömək etməli idi.

Dünyada ilk dəfə belə uzaqdan idarə olunan qurğu SSRİ tərəfindən XX əsrin 80-ci illərində silahlanmaya qəbul edildi. Bu 30 mm-lik avtomatik aviasiya qumbaraatanı ilə təchiz olunan, uzaqdan idarə olunan "Mius" kompleksi idi.

Bu kompleks şəxsi heyətin və itkilərin əhəmiyyətli dərəcədə azaldılması ilə möhkəmləndirilən istehkam rayonlarının, blokpostların və müxtəlif təyinatlı obyektlərin (hava limanlarının, hərbi bazaların, dövlət sərhədi ərazilərinin, müharibə şəraitində sənaye obyektlərinin və s.) təchiz edilməsi üçün nəzərdə tutulurdu. Kompleksdən istifadənin əsas üsulu atəş səddi yaratmaq və düşmən qüvvələrini məhv etməkdən ibarətdir.

Bu komplekslər Qazaxıstanın Uralsk şəhərindəki "Metallist" zavodunda istehsal edilirdi.

Kompleks 30 mm-lik dörd ədəd qumbaraatandan, uzaqdan idarəetmə cihazından, elektrik avadanlığından, naqilli rabitə xəttindən və fərdi cərəyan mənbəyindən ibarətdir. Kompleksin heyəti 2 nəfərdir.

Qurğunun əsasını xarici çiyin halqası bağlantısına malik silindrik sabit bir baza təşkil edir. Daxili hərəkətli çiyin halqası, qumbaraatan ilə arabanın yelləndiyi və yuvalara malik olan dəzgah ilə təchiz edilir. Qurğu yuxarıdan alüminium qapaqla bağlanır.

Burada əsas silah 30 mm-lik AQ-17A aviasiya qumbaraatanıdır. Onun avtomatlaşdırılan fəaliyyəti sərbəst çaxmağın geri təpmə enerjisindən istifadəyə əsaslanır, sursat qidalanması birtərəflidir, sağ tərəfdəki maqazinin metal lentindən istifadə edilir. Atəş tempi dəqiqədə 400-500 ədəddir, qumbaraatanın kütləsi isə 22 kq-dır. Atəş üçün kütləsi 0.348 kq, uzunluğu 130-132 mm, tam məhvetmə radiusu 7 m olan VOQ-17M atımlarından istifadə olunur. Sursat dəsti 300 ədəd təşkil edir.

Dəzgahda şaquli (0-35 dərəcə) və üfüqi (300 dərəcə) tuşlama mexanizmləri mövcuddur. Üfüqi tuşlama sürəti 5-7 dər/san, şaquli tuşlama sürəti isə 0.8-1.2 dər/saniyədir. İdarəetmə siqnalları ilə üfüqi tuşlama mexanizmi 60 dərəcə sektorda avtomatik səpələnməni və bütün tuşlama bucaqlarının bütün diapazonunda səpələnməsiz atəş imkanlarını təmin edir. Şaquli tuşlama mexanizmi atəş məsafəsinin 300 ilə 1650 m arasında dəyişməsinə imkan verir.
İdarəetmə avadanlığının əsas hissəsi bir ötürücüdən ibarətdir, onun köməyi ilə operator məlumatların ötürülməsini, qəbul edilməsini, kodlaşdırılmasını və idarəetmə komandalarının kommutasiya qurğusuna verilməsini həyata keçirir. Operator həmçinin qəbuledicidən kompleksin texniki vəziyyəti barədə məlumatlar da qəbul edir. İdarəetmə komandalarının formalaşdırılması idarəetmə panelindəki operator tərəfindən həyata keçirilir.

Qurğunun daxili görünüşü

"Mius" qurğusunun elektrik avadanlıqlarına kommutasiya bloku, şaquli və üfüqi tuşlama sensoru, kabellər və bir güc mənbəyi (220 V və ya hər biri 24V olan beş ədəd batareya) daxildir. Elektrik kabelinin uzunluğu 500 m, idarəetmə paneli və döyüş maşını arasındakı rabitə xəttinin uzunluğu isə 1000 m-dir.

Operatorun idarəetmə paneli. Qutunun qapağında operatorun komplekslə işləməsi üçün təlimat yerləşdirilib

Qurğunun döyüş istifadəsi prosesinə, işə salma və söndürmə, atəş açma və onun dayandırılması rejimlərinə rəhbərlik, uzaqdan idarəetmə vasitələrindən komanda verən operator tərəfindən həyata keçirilir. Hədəfə tuşlamanı avtomatik və ya mexaniki rejimdə həyata keçirmək mümkündür.

Yarımavtomatik rejimdə kompleksin və hədəfin koordinatları idarəetmə panelinin yaddaşına daxil olur və qurğu tuşlama parametrləri rabitə xətti vasitəsilə "Mius"un qəbuledicisinə ötürülür. Atəş açılması planlaşdırılan qumbaraatan işə salınan proqrama uyğun olaraq seçilə bilər və ya operator tərəfindən təyin oluna bilər.

Döyüş vəziyyətində kompleks səngərdə yerləşir və yerə xüsusi sancaqlar ilə sabitlənir. Bundan əlavə qurğunun bazasına torpaq tökülür və ya qum/torpaq torbaları qoyulur.

İdarəetmə nöqtəsi də səngərdə, lakin təhlükəsiz məsafədə yerləşir. Döyüş vəziyyətində operator aşağıdakı xüsusiyyətlərə malik dörd ədəd kompleksi idarə edir.

Atəş məsafəsi - 300-1650 m;
Sursat dəsti- hər lülə üçün 300 ədəd;
Atəş tempi - dəqiqədə 400 - 500 dəfə;
Tuşlama bucağı:
- üfüqi 300 dərəcə. (Müvafiq olaraq sağa və sola 150 dərəcə);
- şaquli 0 - 35 dərəcə.
Qurğunun sursatsız kütləsi - 150-200 kq;
İdarəetmə panelinin kütləsi - 35 kq;
Döyüş heyəti - 2 nəfər.

Təəssüf ki, bu cür komplekslərin hazırda harada istifadə olunduğu və onların təyinatı üzrə istifadə olunub-olunmadığı barədə məlumat mövcud deyil.

Yazı Mixail Feşukun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Robot   Post  

Robotlar postda?| Leonardo da Vinçinin "Gəzən Adamı"nı xatırlayaq

2020/06/14610-1591354292.jpg
Oxunub: 2817     15:40     05 İyun 2020    