Paşinyanın “Qırxayaq strategiyası” və yaxud Qafqaza doğru genişlənən Cəhənnəm...

2020/06/000-1591253527.jpg
Oxunub: 5206     10:46     04 İyun 2020    
Ermənistanın baş naziri Nikol Paşinyan ötən ayın ortalarında yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında “Avrasiya İqtisadi Birliyinin strateji inkişaf planı razılaşdırılıb və yalnız bir məqam - vahid qaz bazarı məsələsi açıq qalır” deyə açıqlama vermişdi.

Ermənistanın “Gümrü Asparez” jurnalistlər klubunun sədri Levon Barseğyan Paşinyanın bu çıxışını şərh edərkən bildirib ki, əgər Avrasiya İqtisadi Birliyinin vahid enereji bazarı mövcud deyilsə, bu qurumun varlığının mənası yoxdur. Onun qənaətincə, Ermənistanın bütün daxili infrastrukturu ölkəsinin özünün olmadığı müddətcə, qazın qiyməti məsələsi də həllini tapmayacaq. L. Baarseğyan qeyd edib ki, Moskva qazın qiymətinin qaldırılması ilə Ermənistandan qisas alır.

Maraqlı məqamdır: “Moskva qisas alır…” Bu ifadə öz-özlüyündə bir-biri ilə sıx bağlılıq təşkil edən çoxlu sualın yaranmasına səbəb olur.

Moskva nəyin qisasını alır? Söhbət Rusiya və Ermənistan münasibətlərindəki iqtisadi aspektlərdən getdiyi halda, diqqəti daha çox “qaz oyunu”nun pərdəarxası prosesləri cəlb edir. Paşinyanın bu açıqlamasından bir gün əvvəl isə rəsmi İrəvanın Vatikandakı səfiri Mikayel Minasyan Ermənistanda sürətlə inkişaf edən almaz sənayesindən söz açmışdı. Diplomat 2020-ci ilin birinci rübündə Ermənistandan dəyəri 20 milyard dramdan çox olan brilyant və qızıl ixrac edildiyini bildirib. Mikayel Minasyanın sözlərinə görə, ölkəsində istehsal edilən briliyantlar Ermənistana Hindistandan qaçaqmalçılıq yolu ilə gətirilib “erməni məhsulu”na çevrilir və erməni kvotası ilə müxtəlif ölkələrə ixrac olunur.

Ermənistan Milli Statistika Xidmətinin yayımladığı göstəricilərə görə, bu ilin ilk beş ayı ərzində ölkədə almaz sənayesi misli görünməmiş artım dövrü yaşayıb. Statistika Xidmətinin yaydığı digər bir sənəddə, ilin birinci rübündə əvvəlki ilə nisbətən qiymətli və yarı qiymətli daşların idxalında artım göstərilməyib, yəni Ermənistana brilyantın xammal şəklində gətirilməsində artım olmayıb. Onda belə bir sual yaranır: “Ölkədə almaz mədənləri olmadığı halda, emal edilməmiş 50.000 karat briliyant necə əldə olunub və istehsal edilib?”

Dəqiqdir ki, bu qədər qiymətli daş idxal olunub, lakin rəsmi sənədlərdə bu barədə məlumat yoxdur. Deməli, Mikayel Minasyanın səsləndirdiyi faktlarda göstərilən həcmdəki brilyant gömrükdə rəsmiləşdirilməyib.

Erməni iqtisadçı Vardan Bostançıyan və erməni politoloq Armen Minasyanın fikirlərinə görə, burada ciddi gömrükdən yayınma halı var, həmçinin Ermənistandakı briliyant şirkətlərinin istehsal gücü rəsmi statistikada göstərilən məhsulların ərsəyə gətirilib bazara çıxarılmasına imkan vermir. Deməli, bu məhsullar, əslində, Hindistanda emal olunur, lakin erməni markası altında Ermənistana gətirilir və buradan satışa çıxarılır.

Ermənistanda almaz emalında artım ötən ilin dekabr ayında “Ey.Di.Em Daymonds” almaz fabrikinin açılışı ilə eyni dövrə təsadüf edib. Şirkət, əslində, 2015-ci ildən fəaliyyət göstərir, ancaq o dövrdə yalnız Ermənistanda satışla məşğul olub. Maraqlıdır ki, fabrikin açılışında Nikol Paşinyan, Xaçatur Sukiasyan, Qaqik Tsarukyan kimi vəzifəli şəxslər və iş adamlarının iştirakı xüsusilə yadda qalıb. Burada maraqlı bir fakt bütün diqqəti öz üzərinə cəmləyir: Ermənistanda emal olunan almazlar, əsasən Rusiyaya ixrac olunur. Hər iki ölkə Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olduğuna görə, bu qurumun üzv ölkələri arasında vahid gömrük sisteminin qaydalarından irəli gələrək, ölkələr arası briliyant idxalı, digər üzv dövlətdə emalı və yenidən başqa üzv ölkəyə ixracı vergilərdən azaddır. Sxem çox sadədir. Əgər Hindistan özü Rusiyaya briliyant ixrac etmək qərarına gəlsə, Ermənistanın AİƏT üzvü kimi ödəməkdən azad olduğu 15%-lik vergini rəsmi Moskvanın büdcəsinə ödəməli olacaq. Deməli, Hindistan istehsal etdiyi briliyantı erməni markası altında Ermənistan üzərindən Rusiyaya ixrac etməklə daha çox fayda əldə edir. Bunun müqabilində isə, Ermənistandakı tərəfdar(lar)ına vergi və gömrük orqanlarından gizlədilmiş böyük məbləğdə pul verir. Bir sözlə, “Ey.Di.Em Daymonds” şirkəti istehsal etmədiyi, amma öz malı kimi Rusiya bazarına çıxardığı almaz məhsullarına görə, Hindistandan yetərincə yaxşı miqdarda faiz əldə edir. Bu həm də erməni-hind qruplaşmasının ödənilməyən vergi və gömrük rüsumları hesabına Rusiyadan iri məbləğdə pul oğurladığını ortaya qoyur. Bu işdə, adı silah, briliyant və narkotik qaçaqmalçılığında hallanan Ermənistan mülki aviasiya şirkətlərinin də xüsusi payı var.

Söhbət Ermənistan Mülki Aviasiyasından düşmüşkən deyək ki, erməni təyyarələrinin dünyanın qanunsuz silah bazarında da öz pay çəkisi kifayət qədərdir. Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Mülki Aviasiya xidməti ilə bağlı səsləndirdiyi bəyanatda erməni aviaşirkətlərinin silah alverində iştirakını açıqlamışdı.

Proseslərin gedişatı onu göstərdi ki, bu bəyanatın arxasında erməni baş nazirini, ölkəsinin dünya aviasiya sistemində üzləşdiyi acınacaqlı vəziyyət yox, öz komandasının bu sahədə pay sahibi olması daha çox düşündürür.

N. Paşinyan Ermənistan Mülki Aviasiya Xidməti ilə bağlı dilə gətirdiyi məlum bəyanatla, necə deyərlər, “bir gülləyə iki dovşan vurmaq” məqsədi güdürdü. Belə ki, o, bu aviaşirkətlərin qanunsuz silah bazarından əldə etdiyi gəlirlərə şərik olmaqla yanaşı, Ermənistan üzərindən erməni təyyarələri vasitəsilə qara bazara silah çıxaran rus şirkətlərinə “ya əməkdaşlıq, ya da bazar bağlanır” mesajını ötürmüş oldu.

Lap yaxın keçmişə nəzər salıb Rusiyanın “ORSİS” silah şirkəti ilə Ermənistan arasındakı qalmaqalı və bu “səs-küy”dən sonrakı dövrü xatırlamaq bəs edir ki, Paşinyanın hansı oyunlarda necə iştirak etdiyini aydın anlamaq mümkün olsun.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin silah sursatla təchizatında bir vaxtlar xüsusi rol oynayan “ORSİS ARMS” şirkəti 2016-cı ildə Rusiyanın məhşur “Promtechnology” hərbi şirkətinin rəhbərliyi ilə Ermənistan prezidenti Serj Sarqsyan arasında reallaşan görüşdən sonra rusların ORSİS silah şirkətinin törəməsi kimi yaradılıb və 2017-ci ildən bu ölkənin müdafiə nazirliyinin böyük məbləğləri əhatə edən silah tenderlərində iştirak etməyə başlayıb, həmçinin Paşinyan hakimiyyətə gələnə qədər qatıldığı bütün tenderlərdə qalib çxıb.

Amma N. Paşinyanın hakimiyyəti dövründə ORSİS-in qalib gəldiyi tenderin birdən-birə ləğvi, hələ o vaxtlar erməni ekspertlər və politoloqlar tərəfindən təsadüf kimi qiymətləndirilmədi. N. Paşinyanın komandası şəraiti qalmaqal səviyyədinə çatdırdı və S. Sarqsyana bağlılığı ilə tanınan ORSİS ARMS-ı silah tədarükü tenderlərindən uzaqlaşdırıb bu dövriyəyə həm özlərinə yaxın şirkətləri cəlb edə bildi, həm də rus hərbi sənaye şirkətləri ilə “dil tapılaraq” bu işbirliyində “əl” dəyişdirildi.

Həmin qalmaqaldan sonra, Paşinyan Müdafiə Nazirliyində silah-sursat təchizatına məsul olan quruma öz adamını yerləşdirdi və bununla da, Ermənistanın aldığı silahların təyinatını komanasının maraqlarına uyğun formalaşdırmağa başladı. Təsadüf deyil ki, N. Paşinyanın müşaviri, general Arşak Karapetyana məxsus şirkət bu yaxınlarda 149 milyonluq tenderin qalibi olub. Hansı ki, iki il əvvələ qədər bu şirkətin dövlət satınalmaları ilə bağlı qazandığı tenderlərin məbləği heç vaxt 400 min dramdan çox olmayıb.

Bütün bunların fonunda, Paşinyan hökuməti ölkədəki siyasi dairələrdə Rusiyanın maraqlarına uyğun olmayan kadrları yerləşdirməklə rəsmi Moskvanı qıcıqlandırmaqda davam edir. Ən yaxın keçmişdə Nikol Paşinyanın müəllifi olduğu siyasi manevrlərdən biri də, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı qondarma “təyinat”lar oldu. Daha dəqiq desək, Rusiyanın istəyinə zidd olaraq, Masis Mayilyan və Samvel Babayana etimad göstərilməsi Paşinyanın Kreml qarşısında ağır sınaqla üz-üzə qalacağını qaçılmaz edir. Çünki M. Mayilyan və S. Babayanın Rusiyada arzuolunmaz şəxs olması, onların bu ölkəyə girişinin qadağan edilməsi haqda xəbəri rəsmi Moskva indiyədək təkzib etməyib. Bu təyinatlar faktiki olaraq, Paşinyan hakimiyyətinin Rusiyaya münasibətindəki çatın təzahürü hesab oluna bilər. Maraqlıdır ki, Paşinyan həm də, əldə olunan qanunsuz silahlarla Qarabağdakı qondarma rejimi həvalə etdiyi adamları silahlanıdırır, onların hərbi gücünü Ermənistan büdcəsindən kənar əldə olunmuş imkanlarla artırır. Yəni, qondarma rejimə təyin etdiyi adamların tabeliyində qanunsuz silahlı birləşmələr formalaşdırır, ictimai-siyasi mühitə təsir imkanlarını genişləndirir. Təbii ki, bu da Kremlin nəzərindən yayınmır. Deməli, bu təyinatlardan sonra Rusiyanın rəsmi İrəvana göstərəcəyi təpkilərdən yayınmaq üçün Paşinyan hökuməti növbəti dəfə rus silah bazarında əsas idxalçı kimi qalır, bir növü, günahlarını ört-basdır etməyə çalışır, eyni zamanda, yarada bildiyi bu “dostluq görüntüsü”nün fonunda da öz məkrli siyasətini yürütməkdən də çəkinmir.

Diqqətlə fikir verək: Hakimiyyətdə olduğu 2 il ərzində Paşinyan hökuməti, əslində, fəaliyyət göstərməyən xeyli sayda müəssisə açıb. 2018-ci ildə onun baş nazir olmasından bir neçə ay sonra Ermənistanda Rusiyanın “Kalaşnikov” tipli silahlarının istehsal ediləcəyi zavodun açılmasına dair xəbərlər yayılsa da, bu müəssisə kağız üzərində qaldı. 2018-ci ilin avqust ayının 21-də Ermənistan şirkəti “Royalsys Engineering ltd” ilə Moskvada “Kalaşnikov” konserni arasında imzalanan müqavilə “misli görünməmiş” bir hal kimi qələmə verilsə də, zavodun fəaliyyəti hazırda heç kimi maraqlandırmır. Həmin dövrdə sövdələşməyə “xaç atalığı” edən “Patron David” ləqəbi ilə məşhur David Qalstyanın adı qanunsuz silah ticarətində hallandırılır və o, bu işdə Paşinyanla şərik hesab edilir.

Maraqlıdır ki, Ermənistanda “Kalaşnikov” tipli silah istehsalına dair razılaşma necə deyərlər, itib-batıb və bu ölkədə sözügedən silahların işlənib hazırlanması ilə məşğul olan müəssisə qurulmayacaq. Qurulsa belə, 2018-ci ildə imzalanan müqavilə çərçivəsində çalışmayacaq. Görünən odur ki, D. Qalstyan bu istehsalı ya təşkil edə bilmir, ya da bilərəkdən təşkilini əngəlləyir. Bununla yanaşı, onun Rusiya hakimiyyət orqanlarının “qara siyahısı”na daxil edilməsi və növbəti 10 il üçün bu ölkəyə girişinin qadağan olunması təsadüf sayılmaya bilər. Amma başqa bir maraqlı məqama diqqət yetirək. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Kremldən silah və hərbi texnikanı Rusiyadaxili qiymətlərlə almaq hüququna malikdir. Bu qiymətlər beynəlxalq bazar qiymətlərindən ciddi fərqlənir. Deməli, Moskvadan “Kalaşnikov”u hazır almaq, onu Ermənistanda istehsal etməkdən ucuz başa gələcək. Bunu çox yaxşı anlayan Nikol Paşinyan bu faktdan faydalanmaq üçün dostu David Qalstayanın “işgüzar təcrübəsi”ndən yararlanmağa üstünlük verir. Rəsmi Moskvanın D. Qalstyanı “görməyə gözü olmasa” da, “Patron David” Paşinyanın verdiyi səlahiyyət və dəstəklə özünə məxsus ofşor şirkət adından Ermənistan Müdafiə Nazirliyi üçün Rusiyadan silah və sursat, hərbi texnika alır. Kremldən alınan bu silahın təxminən 60 faizi erməni ordusunun silahlanmasına yönəlir, 40 faizi isə üçüncü ölkəyə satılır.

Digər tərəfdən, N. Paşinyan bu razılaşmaların fonunda, Afirka respublikalarında, Suriya, İraq və Liviya kimi ərəb ölkələrində həm hökumət qüvvələrinə, həm də onlara qarşı vuruşan silahlı qruplaşmalara, terror təşkilatlarına Rusiya istehsalı silahların satılmasında maraq və canfəşanlıq nümayiş etdirir. Bu işdə də, yuxarıda dediyimiz ki, adları silah, briliyant və və narkotik qaçaqmalçılığnda hallandığı üçün Avropaya uçuşları qadağan edilən erməni aviaşirkətlərinin xidmətindən yararlanır. Hərçənd, Qalstyan Rusiya hakimiyyət dairələri tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilsə də, onun fəaliyyəti və “istedadı” Rusiyanın ərəb dünyasındakı silah bazarında marağını təmin edir.

Yaranmış bu mühitdən Ermənistanın baş naziri daha bir istiqamətdə uğurla “istifadə edə” bilir. Rusiyanın ərəb dünyasındakı bazara çıxışına dəstək olmaqla yanaşı, Kremldən daxili qiymətə aldığı hərbi texnikanı, silah və sursatı özünə uyğun bazarda realizə edən erməni silah tacirlərinin terror təşkilatlarına silah satdığı və onlara dəstək olmaları danılmaz faktdır.

Məlumdur ki, işğal altında saxladığı Azərbaycan torpaqlarında PKK və ona bağlı olan terror qruplaşmalarının, ASALA və digər kürd-erməni terror dəstələrinin bazalanmasına, təlim keçməsinə, İran, Türkiyə, eləcə də digər ölkələrə yola salınmasına şərait yaradan Ermənistan rəsmiləri terrorçulara göstərilən hər cür qanunsuz xidmətin müqabilində də kifayət qədər böyük məbləğdə gəlir əldə edirlər.

Eyni zamanda, Paşinyanın komandası, bu terror təşkilatlarını silahladırmaqla Türkiyəyə qarşı gizli mübarizədə rol oynayır, liviyalı qiyamçı general Həftərin və ona yaxın silahlı qruplaşmaların silahlanmasında iştirak etməklə müsəlman dünyasında gərginliyin dərinləşməsinə yardımçı olur…

Digər tərəfdən də, Rusiyadan aldığı silah-sursatı, hərbi texnikanı bazarda münasib qiymətə satan Paşinyan və onun ticarət ortaqları İordaniya və digər müsəlman ölkələrindən daha ucuz qiymətə satın aldığı köhnə hərbi texnikanı kosmetik dəyişikliklərlə “təzələyib” nümayiş etdirməklə İslam dünyasına, İslam Əməkdəşlıq Təşkilatına üzv ölkələrin münasibətlərinə ciddi zəzər vurmağa yönəlmiş siyasət yürüdür.
Bu, həm də, ölkəsinin silahlanmasında əldə edilən “uğur” kimi təqdim edilməklə, erməni cəmiyyəti qarşısında yaxşı manipulyasiya imkanları da yaradır.

Başqa bir aspektdən yanaşsaq görərik ki, Paşinyan hökumətində təmsil olunan bir qrup adamın qaçaqmalçılıqla, silah-sursat ticarəti ilə məşğul olması, onların silah ticarətinin Yaxın Şərq, Kiçik Asiya, Qafqaz və müsəlman dünyasında ABŞ-ın maraqlarına töhvə verməsi də rəsmi Vaşinqton tərəfindən riqqətlə qarşılanır.

Erməni siaysi elitasına rəhbərlik edənlərin qanunsuz silah alveri, qiymətli daş-qaş və narkotik qaçaqmalçılığında iştirakı, bu məsələlərdə Rusiyanın yer alması Ağ Evin maraqlarına ikitərəfli uyğun gəlir.

Yuxarıda sadalanan və sadə vətəndaş cəmiyyətinə məlum olmayan çoxlu sayda bu kimi informasiyalar rəsmi Vaşinqtona imkan verir ki, ABŞ diplomatiyası rəsmi İrəvanla şantaj əsaslı diktə tonunda danışsın, digər tərəfdən də ən əsas rəqiblərindən biri sayılan Rusiyanı qanunsuz silah-sursat ticarətində, dünyadakı qeyri-leqal silahlı birləşmələrə dəstək verməkdə, BMT tərəfindən terror təşkilatı kimi tanınan qruplaşmaların silahlanmasında köməyə görə suçlamaq mümkün olsun.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin yürütdüyü siyasət nəinki ölkəsini, rəsmi İrəvanın strateji tərəfkeşlərini də sonu bilinməyən uçuruma doğru yuvarlayır.
Erməni baş nazir həmvətəni olan politoloqların və ekspertlərin təbirincə, “siyasi dövlət xadimi libasında beynəlxalq bazara çıxmış uğurlu pirat”dan özgə heç kim deyil… Onun yürütdüyü siyasət nəticəsində Cənubi Qafqaz regionu terrora həm yuva, həm də hədəf olmağa doğru sürətlə irəliləyir…

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Terror   Qanunsuz-silah   Afrika  

Paşinyanın “Qırxayaq strategiyası” və yaxud Qafqaza doğru genişlənən Cəhənnəm...

2020/06/000-1591253527.jpg
Oxunub: 5207     10:46     04 İyun 2020    