"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

2020/06/36562-1590995683.jpg
Oxunub: 1447     17:48     03 İyun 2020    
“Azərkosmos” ASC Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder olan “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən Ordu.az-a verilən məlumata görə, əməkdaşlığa əsasən “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.

Keniya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.

Bundan əlavə “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərkosmos   Afrika  

"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

2020/06/36562-1590995683.jpg
Oxunub: 1448     17:48     03 İyun 2020    