Erməni deputatın Aprel döyüşləri ilə bağlı çıxışı kəskin etirazla qarşılanıb

2020/06/10122-1591180397.jpg
Oxunub: 1350     11:32     04 İyun 2020    
Mayın 27-də Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının üzvü Sergey Movsisyan koronavirusla mübarizəyə toxunaraq parlamentin yüksək tribunasından bir insanın sərhəddə ölməsinin və ya xəstəlikdən ölməsinin fərqinin olmadığını bildirib.

"2016-cı ilin Aprel döyüşləri ərzində düşmən görünürdü, amma koronavirus düşməni görünməzdir. Əlbətdə çətinliklər var, indi maska ilə danışmaqda çətinlik çəkirəm. Əslində bir insanın təmas xəttində ölməsi və ya hansısa bir xəstəlikdən ölməyinin əhəmiyyəti yoxdur, əgər hərəkətlərimizlə bunun qarşısını alacağımız mümkündürsə, bunu etmək lazımdır”, - deyə deputat bildirib.

Onun çıxışı Aprel döyüşlərində ölən bir neçə hərbi qulluqçuların anaları arasında bir çox mübahisəyə səbəb olub.

2016-cı ildə ölən Aramayis Voskanyanın anası Anuş Hakobyan “Facebook” səhifəsində məsələ ilə bağlı belə yazıb: “Ordudan qaçan oğlan, ölən övladlarımızı rahat buraq!”

2016-cı ilin Aprel döyüşləri zamanı öldürülən Aşot Şahbazyanın anası da “Mənim addımım” fraksiyasının üzvü Sergey Movsisyanın çıxışına reaksiya verib. O, öz “Facebook” səhifəsində yazıb:

“Hörmətli cənab Baş nazir, xahiş edirəm parlamenti bu cür savadsız insanlardan təmizləyin, çünki sərhəddə “qəhrəmancasına” həlak olan uşaqlar ilə xəstəlikdən ölənlər arasında fərq qoya bilmirlər. Belə insanlar xalqı narahat edən məsələləri həll etməlidirmi?”

“Anuş Hakobyan əvvəlcə məmurların bu cür məntiqsiz çıxışlarına və açıqlamalarına toxunanda və buna qarşı çıxanda hər dəfə ona hücum edildiyini, anti-nikolçu adlandırıldığını deyir.

“Həmin deputatın çıxışı ilə əlaqədar olaraq “Facebook” səhifəmdə bir sətirdə toxunmuşam, həmin gəncin tərcümeyi-halını öyrəndim, o heç xidmət də etməyib. Mən onları cəbhə bölgələrində həlak olmuş oğlanlarımızı rahat buraxmağa çağırış etmişəm. Hansı haqqında danışacağımı bilmirəm, hərəsi bir məktəbəqədər bilikləri ilə danışır. Oğullarımızı bir şəkildə təhqir etməyə çalışdıqları zaman çox qəzəblənirəm, hətta qızlarım da mənə bu çıxışlara qulaq asmamağı, cavab verməməyi söyləyirlər. Bu dəfə çox yazmadım, çünki insanlar internetdə məni hökumət əleyhinə olduğum üçün təhqir etməyə başlayırlar”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu oxşar nitqləri nəzərə alaraq ölən əsgərlərin anaları birləşərək İcra Hakimiyyətinə Qanunverici orqandan təmas xəttində və hansısa xəstəlikdən ölməyin nə olduğunu ayırd edə bilməyən deputatları çıxartmaq üçün etiraz notası göndərməli idi.

Xatırladaq ki, Aramayis Voskanyan 1996-cı ildə Qeğarkunik vilayətinin Kəvər şəhərində anadan olub. Ailənin üç bacısının kiçik qardaşı idi. Kəvər şəhərinin 9 nömrəli məktəbində oxuyub, sonra İrəvan Aqrar Universitetinin maliyyə şöbəsinə daxil olub. 2014-cü ildə işğal altında olan Qarabağın Xocavənd (Martuni) şəhərində qanunsuz dislokasiya olunan “N” nömrəli hərbi hissəsinə xidmətə yollanıb. 9 yanvar 2016-cı il tarixində təxribata cəhd edərkən məhv edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-deputat   Aprel  

Erməni deputatın Aprel döyüşləri ilə bağlı çıxışı kəskin etirazla qarşılanıb

2020/06/10122-1591180397.jpg
Oxunub: 1351     11:32     04 İyun 2020    