Əfqanıstanda partlayış nəticəsində azı doqquz nəfər həlak olub

2020/06/15911-1591179332.jpg
Oxunub: 852     15:14     03 İyun 2020    
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində törədilən partlayış nəticəsində azı doqquz dinc sakin həlak olub, beş nəfər isə yaralanıb.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Argistan rayonunda qeydə alınıb. Mülki avtomobil yolda quraşdırılan mina vasitəsi ilə partladılıb.

“Taliban” qiyamçıları hələlik hadisəni şərh etməyib. Yerli hökumət orqanları isə bombanın taliblər tərəfindən qoyula biləcəyini deyirlər.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatı arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Partlayış  

Əfqanıstanda partlayış nəticəsində azı doqquz nəfər həlak olub

2020/06/15911-1591179332.jpg
Oxunub: 853     15:14     03 İyun 2020    