Filippin hökuməti ABŞ hərbçilərinin altı ay ölkədə qalmasına icazə verib

2020/06/15911-1591179161.jpg
Oxunub: 1355     17:31     03 İyun 2020    
Filippin hökuməti ABŞ hərbçilərinin bu ölkədə qalması barədə razılaşmanın ləğvi haqda qərarı dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Filippinin Xarici İşlər naziri Teodoro Loksin öz “Twitter” səhifəsində məlumat verib.

Nazir yazıb: “Xarici İşlər Nazirliyi ABŞ səfirliyini xəbərdar etməkdən şərəf duyur və bildirir ki, regionda baş verən siyasi və digər hadisələr fonunda ABŞ və Filippin hökumətləri arasında Amerika hərbçilərinin ölkə ərazisində qalmaları barədə müqavilənin ləğvi dayandırılıb”.

Bildirilir ki, müqavilə ən azı altı ay müddətində qüvvədə qalacaq. Bununla yanaşı, Filippin həmin müddəti daha altı ay uzatmaq hüququnu özündə saxlayır.

Xatırladaq ki, cari il fevralın 11-də Manila 1998-ci ildə imzalanmış ikitərəfli hərbi iştirak barədə razılaşmanın (Visiting Forces Agreement) qüvvədən düşməsi ilə bağlı Vaşinqtonu xəbərdar edib. Qeyd edək ki, məhz həmin sənəd ABŞ hərbçilərinin Filippində qalması və birgə hərbi təlimlərin təşkili qaydalarını özündə əks etdirir.

Razılaşmanın ləğvi barədə qərar isə ABŞ-ın filippinli senator Ronaldo dela Rosa viza verməkdən imtina edildikdən sonra qəbul olunub. Cari il yanvarın əvvəllərində ABŞ Prezidenti Donald Tramp filippinli müxalifətçi senator Leyla de Lima ilə əlaqədar məhkəmə prosesinə cavab olaraq, filippinli siyasətçilərin bu ölkəyə gəlişinə qadağanı əks etdirən bəndin əks olunduğu büdcə barədə qanunu imzalayıb. Hazırda həmin siyasətçi narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə görə həbsxanadadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Filippin   ABŞ  

Filippin hökuməti ABŞ hərbçilərinin altı ay ölkədə qalmasına icazə verib

2020/06/15911-1591179161.jpg
Oxunub: 1356     17:31     03 İyun 2020    