Rusiya nüvə silahından istifadə ilə bağlı yeni sənəd qəbul edib

2020/06/putin-1591178630.jpg
Oxunub: 851     14:03     03 İyun 2020    
“Rusiya ona və ya müttəfiqlərinə qarşı nüvə silahı və ya digər kütləvi qırğın silahları tətbiq edilərsə, nüvə silahından istifadə etməyə hazır olacaq”.

Ordu.az xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin imzaladığı nüvə silahından istifadənin şərtləri qeyd olunan yeni doktrinada qeyd olunub.

Sənəddə qeyd olunur ki, Rusiyaya qarşı dövlətin varlığını təhdid edəcək konvensional hücum edilərsə, nüvə silahı ilə cavab veriləcək.

Doktrinada bildirilib ki, düşmən nüfuzlu ictimai və ya hərbi obyektlərə müdaxilə edərsə, Rusiya nüvə silahından istifadə etməyə hazır olacaq.

Qeyd olunur ki, Rusiya hipersəs və lazerli silahları, raket və pilotsuz uçuş aparatları ilə hücumu nüvə təhlükəsinin qarşısını alma tədbirləri çərçivəsində potensial düşmən hərəkəti kimi qiymətləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Nüvə-silahı  

Rusiya nüvə silahından istifadə ilə bağlı yeni sənəd qəbul edib

2020/06/putin-1591178630.jpg
Oxunub: 852     14:03     03 İyun 2020    