Aprel döyüşlərini araşdıran istintaq komissiyası işini yekunlaşdırır

2019/07/5765_-1564558347.jpg
Oxunub: 663     15:33     03 İyun 2020    
Ermənisttan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyasının işlərinin son tarixi 4 iyundur.

Komissiyanın sədri Andranik Köçəryan bildirib ki, 100-dən artıq video yazıları var və bunların araşdırılmasından sonra hesabat üzərində işləməlidirlər.

Komissiyanın son qonağı video əlaqə şəklində “dindirilib”. Söhbət aprel hadisələri vaxtı Ermənistanın Xarici İşlər naziri olmuş, hazırda Moskvada olan Edvard Nalbandyandan gedir.

Nalbandyanı dinlədikdən sonra Andranik Köçəryan bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun komissiyaya gəlmək və komissiya üzvlərinin suallarına cavab vermək üçün 2 günü var. Məlum olduğu kimi, Xaçaturov növbəti dəfə dəvəti rədd edib.

Ermənistan parlamentinin müdafiə komissiyasının üzvü, “Mənim addımım” fraksiyasının deputatı Aren Mkrtçyan bildirib ki, istintaq komissiyası işlərini başa vurur və nəticəyə hazırlaşırlar.

“Biz bu müddət ərzində istintaq komissiyasının işlərindən bir neçə min səhifə sənəd, yüz saatdan çox video yazı araşdırmışıq. Nəticəni təqdim etməyə hazırlaşırıq, lakin hansı hissənin ictimaiyyətə təqdim olunacağı, açıq olub-olmayacağı müzakirə mövzusudur. Dövlət sirrini ehtiva edən məlumatlar var, buna görə də olduqca ehtiyatlı olmalıyıq ki, hansısa cümləmiz milli təhlükəsizlik təhdidinə çevrilməsin”, - deyə Mkrtçyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri   Komissiya  

Aprel döyüşlərini araşdıran istintaq komissiyası işini yekunlaşdırır

2019/07/5765_-1564558347.jpg
Oxunub: 664     15:33     03 İyun 2020    