Ermənistan ordusunun zabiti həbs olunub

2020/04/34-15-1586338847.jpg
Oxunub: 777     14:40     02 İyun 2020    
İyunun 1-də Artik polis bölməsinin azyaşlılarla işlər üzrə şöbəsinin əməkdaşları alınmış operativ məlumatlardan istifadə edərək xüsusilə böyük məbləğdə oğurluq edilməsi şübhəsi ilə Vanadzor şəhər sakini, 27 yaşlı M. Spiridonu idarə etdiyi “Opel” markalı avtomobillə birlikdə həbs ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis bölməsində M. Spiridonun üzərində şəxsi axtarış aparılıb və böyük məbləğdə pul aşkar edilib.

Həbs olunan şəxs etiraf edib ki, mayın 31-də saat 21:30 radələrində Artik şəhərinin Ağakaryan küçəsinin 49 saylı evinin yataq otağının pəncərəsini sındıraraq içəri daxil olub, şkafdan 10 milyon dram və 3 milyon dram dəyərindən qızıl-zinət əşyalarını oğurlayıb.

Onun üzərində həmçinin güllərlə doldurulmuş və döyüş vəziyyətinə gətirilmiş “Makarov” tipli tapança aşkar edilib.

Tapança avtomobilin içərisində tapılıb və M. Spiridon polis bölməsində bildirib ki, tapançanı heç kimin xəbəri olmadan döyüş növbətçiliyini təhvil verməzdən əvvəl Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin arsenalından götürüb.

Məlumata görə, tapança Vanadzor sakini 30 yaşlı A. Jirayrın adı ilə qeydiyyata alınıb. M. Spiridon Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində komandir koməkçisi-psixoloq, A. Jirayr isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qrup komandiri kimi xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Həbs  

Ermənistan ordusunun zabiti həbs olunub

2020/04/34-15-1586338847.jpg
Oxunub: 778     14:40     02 İyun 2020    