ABŞ-da iğtişaşların qarşısının alınmasına hərbçilər cəlb olunur

2018/06/35652296_2569348826624603_7378545023282839552_n_1529514174.jpg
Oxunub: 1709     16:00     02 İyun 2020    
ABŞ Prezidenti Donald Tramp ölkəni bürüyən iğtişaşların iştirakçılarına qarşı güc tətbiq olunacağını söyləyəndən sonra bazar ertəsi axşamı Ağ Ev ətrafında Milli Qvardiya Dəstələri gücləndirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin bir çox şəhərlərində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını ifadə edən Tramp “qanun və qayda” prezidenti olduğunu vurğulayıb.

“Mən soyğunçuluğun, vandalizmin, əmlakın zədələnməsinin və ya məhv edilməsinin qarşısının alınması üçün minlərlə silahlı əsgərin, hərbi personalın və hüquq mühafizə orqanlarının səfərbər edilməsinə dair göstəriş vermişəm. Bütün bunlara son qoyulmalıdır”, - deyə ABŞ prezidenti bildirib.

O, qubernatorları Milli Qvardiya Dəstələrindən istifadə etməyə çağırıb. Tramp, həmçinin bildirib ki, qubernatorların Qvardiyanın gücündən səmərəli istifadə edə bilməyəcəyi təqdirdə o, mövcud hərbi personalı gücləndirməli olacaq.

Qeyd edək ki, polis nümayişçiləri dağıtmaq üçün Ağ Ev qarşısındakı “Lafeyet” parkında toplaşmış etirazçılara qarşı hələ Trampın çıxışından əvvəl gözyaşardıcı qazdan istifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

ABŞ-da iğtişaşların qarşısının alınmasına hərbçilər cəlb olunur

2018/06/35652296_2569348826624603_7378545023282839552_n_1529514174.jpg
Oxunub: 1710     16:00     02 İyun 2020    