Rusiyalı politoloq: “Qarabağ mövzusu Azərbaycanın daxili diskussiyasında həmişə mövcuddur”

2020/06/Nikol-1591089903.jpg
Oxunub: 1228     17:12     03 İyun 2020    
“Hərbi ritorika həmişə müharibəyə yenidən başlamaq istəyini nəzərdə tutmur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi analitik Aleksandr Skakov Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanın şiddətlənməsinə toxunarkən söyləyib.

Skakov bildirib ki, hərbi əməliyyatların yenidən başlaması kontekstində bu bəyanatları müşahidə edərkən vəziyyəti və imkanları nəzərə almaq lazımdır.

Skakovun sözlərinə görə, Qarabağ mövzusu Azərbaycanın daxili siyasi diskussiyasında həmişə mövcuddur, o, bəzi inkişaflar fonunda aktivləşir, real siyasi hazırlıqdan asılı olmayaraq hərb ritorika dərinləşir.

Rus siyasi analitik Aleksey Malaşenko isə bildirib ki, münaqişə tərəfləri arasında hərbi balansı müharibənin yenidən başlamamasına mane olan amil kimi nəzərdən keçirmək lazımdır.

“Bəyanatlar həmişə olacaq, bunu informasiya müharibəsi və ya rəqibə qarşı təzyiqlərin aləti kimi nəzərdən keçirmək lazımdır, lakin fakt odur ki, müharibənin yenidən başlamaması məsələsində təyinedici olan hərbi balansdır, Rusiya bunu saxlamağa çalışır”, - deyə Malaşenko bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Rusiya   Ermənistan   Azərbaycan   İşğal  

Rusiyalı politoloq: “Qarabağ mövzusu Azərbaycanın daxili diskussiyasında həmişə mövcuddur”

2020/06/Nikol-1591089903.jpg
Oxunub: 1229     17:12     03 İyun 2020    