İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə salınmış park yenidən qurularaq istifadəyə verilib - FOTOLAR

2020/06/15910-1591086630.jpg
Oxunub: 1088     11:45     02 İyun 2020    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə ərazisində, eləcə də Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması, yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir standartlara uyğun istirahət guşələrinin yaradılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində son illərdə respublikamızın müxtəlif bölgələri ilə yanaşı, Xəzər rayonunda da ardıcıl tədbirlər həyata keçirilir.

Xəzər Rayon İcra Hakimiyyətindən Ordu.az-a bildiriblər ki, bu tədbirlərin davamı olaraq Mərdəkan qəsəbəsində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə salınmış “Qələbə” Parkı əsaslı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.

Ümumi ərazisi 4800 kvadratmetr olan xatirə parkında Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər çərçivəsində istirahət məkanı tamamilə yenidən qurulub, İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksi əsaslı şəkildə təmir olunub, parkın gecə işıqlandırılması sistemi yenilənib, söhbətgahlar və sakinlərin istirahəti üçün müasir oturacaqlar, yeni suvarma sistemləri quraşdırılıb, ərazidə yeni ağac və gül kolları əkilib.

Bundan əlavə, park və abidə kompleksi ilə yanaşı, ətraf ərazilərdə də abadlıq işləri görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Mərdəkən   İkinci-Dünya-müharibəsi  

İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə salınmış park yenidən qurularaq istifadəyə verilib - FOTOLAR

2020/06/15910-1591086630.jpg
Oxunub: 1089     11:45     02 İyun 2020    