“Commersant.ge”: Qaçaqmalçılıq qalmaqalı Paşinyan və komandasının hərəkətlərinin korrupsiya xarakterli olduğunu göstərir

2020/04/18498-1586246906.jpg
Oxunub: 936     12:24     02 İyun 2020    
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyanın Gürcüstan adı altında Abxaziyaya ixrac olunan erməni siqaretləri ilə bağlı verdiyi açıqlaması Gürcüstan mətbuatında yayılaraq geniş müzakirə mövzusuna çevrilib.

“Commersant.ge” Minasyanın sözlərini sitat gətirərək qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi işğal olunmuş Abxaziya vasitəsilə Rusiyaya qanunsuz yolla siqaret tədarükü ilə bağlı qalmaqalda iştirak edib.

Məlumatın əvvəlində dövri nəşr Gürcüstan tərəfinin bu qalmaqala necə reaksiya verəcəyi ilə bağlı sual edir: “Rəsmi Tbilisi bu faktı necə qiymətləndirir? Erməni həmkarları ilə bu mövzuda müzakirə aparılıbmı? Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Georgi Saqanelidze bu qalmaqallı açıqlamaları necə qiymətləndirir?”

Qəzet davam edərək yazır ki, Gürcüstan Xarici İşlər Nazirliyi bu suallara cavab verənədək, Ermənistanın “Politik.am” nəşrinin baş redaktoru Boris Murazi ilə mövzu ilə bağlı söhbət aparılıb.

Dövri qəzetin, “əgər xaraktercə korrupsiya qalmaqalından danışırıqsa, o zaman islahatçı Nikol Paşinyanın nüfuzu ilə bu məsələ nə dərəcədə uyğun gəlir, deyə sualına Murazi bildirib ki, Paşinyanın siyasəti barədə danışarkən nəzərə almaq lazımdır ki, Ermənistanda heç bir inqilabi dəyişiklik baş verməyib. Paşinyan əvvəlki sistemin dövründə formalaşan bir fiqur kimi keçmiş sistemin dilini mənimsəyib.

Murazinin sözlərinə görə, bu qaçaqmalçılıq hadisəsi Paşinyan və komandasının hərəkətlərinin korrupsiya xarakterli olduğunu göstərir. Murazi əlavə edib ki, məsələn, Paşinyanın həyat yoldaşı, korrupsiya hekayələri ilə tanınmış iş adamları və yüksək vəzifəli məmurlar tərəfindən ianələr köçürülən iki fond yaradıb. Güman etmək olar ki, həmin insanlar bu köçürmələri gələcəkdə digər ümidlərini qarşılamaq üçün edirlər.

Murazi qeyd edib ki, hakimiyyət dəyişikliyi zamanı Paşinyan insanlara fərqli şey vəd etmişdi, lakin bu günə qədər yerinə yetirilməmiş qalıb və yalnız kənar baxışdan Ermənistanda bir şey dəyişdiyi hiss edilir. Məsələn, onun sözlərinə görə, polis əvvəlki kimi insanlara qarşı zorakılıq tətbiq etməyə davam edir.

Davam edən Murazi, bu insanların üç dəfə qaçaqmalçılıqla məşğul olduqlarını və ölkənin aparıcı dairələri üçün məsul olduqlarını nəzərə alsaq, üzücü bir mənzərənin olduğunu qeyd edib. Murazinin sözlərinə görə, bu insanlar biznes qanunlarının necə işlədiyini belə bilmirlər.

Boris Murazi konkret hansı mexanizmin işlədiyini deyə bilməyəcəyini qeyd edib, lakin əlavə edib ki, bu qalmaqallı hadisədə adı hallanan Rusiya şirkəti bir neçə ildir rəsmi olaraq mövcud deyil və sənədlərə görə, erməni şirkəti hətta hakimiyyət dəyişikliyindən sonra da Ermənistan ərazisində fəaliyyət göstərmir.

Qəzetə verdiyi müsahibədə Murazi bunun əvvəldən yüksək vəzifəli məmurların himayədarlığı ilə baş tutan bir korrupsiya sxeminin aydın olduğunu israr edib. Murazi dəqiq məlumatı olmadığı üçün adlar çəkə bilmədiyini əlavə edib.

Murazinin sözlərinə görə, hökumətin səssizliyi də qəribədir, artıq üçüncü hadisədən söhbət getdiyinə görə izahata ehtiyac var. Murazi, hökm sürən səssizliyin hakimiyyətin məsuliyyətini neytrallaşdırma yollarını nəzərdən keçirə biləcəyinə şübhə etdiyini bildirib. Ancaq, onun sözlərinə görə, bu fənd işə yaramayacaq, çünki insanlar izahat tələb edirlər.

Gürcüstan qanunlarına əsasən işğal olunmuş ərazilərlə hər hansı şəkildə münasibətlərin qurulmasının qadağan edildiyi, belə olan halda tütün ixracatının Ermənistan-Gürcüstan münasibətlərinə təsiri barədə suala cavabında Boris Murazi belə deyib: “Hazırda bununla bağlı daha hansı məsələlərin ortaya çıxacağı bilinmir. Ancaq Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın Gürcüstanla bağlı verdiyi son açıqlamaları nəzərdən keçirdikdə, məlum olur ki, bu insanlar qonşuları ilə münasibət qaydalarını da bilmirlər”.

Bu çərçivədə Murazi, Gürcüstanın Ermənistan üçün əhəmiyyətini nəzərə alaraq, bu hadisənin Ermənistan-Gürcüstan münasibətlərinə mənfi təsir göstərdiyi halda çox ağrılı olacağını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Gürcüstan   Paşinyan   Qaçaqmalçılıq  

“Commersant.ge”: Qaçaqmalçılıq qalmaqalı Paşinyan və komandasının hərəkətlərinin korrupsiya xarakterli olduğunu göstərir

2020/04/18498-1586246906.jpg
Oxunub: 937     12:24     02 İyun 2020    