“Paşinyan İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib” - Çalabyan

2020/06/6-1591002393.jpg
Oxunub: 799     15:26     01 İyun 2020    
“Ötən həftənin sonunda Ermənistan Baş naziri Nikol Paşinyan vəziyyətin nəzarətdən çıxdığını və İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu dəfə də Paşinyan maska taxmayan və sosial məsafəni gözləməyən insanları günahlandırıb.

“Lakin məgər maska taxmaq infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün kifayət idi və ya ayrılıqda götürülmüş vətəndaşın karantin tədbirlərinin ləğv olunması şəraitində sosial məsafəni gözləmək imkanı var idi?”, - deyə Çalabyan bildirib.

Çalabyan yazıb ki, Ermənistanda koronavirusdan ölüm dünyada ən yüksəklərdəndir, bu, pandemiya əleyhinə mübarizənin may ayı ərzində uğursuz olduğunu göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Çalabyan   Paşinyan  

“Paşinyan İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib” - Çalabyan

2020/06/6-1591002393.jpg
Oxunub: 800     15:26     01 İyun 2020    