Türkiyədə silahlı münaqişə zamanı bir polis şəhid olub

2020/06/15909-1590987059.jpg
Oxunub: 1050     10:48     01 İyun 2020    
Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda iki qrup arasında silahlı insident baş verib. Atışma zamanı biri polis olmaqla, 5 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, hadisə barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu “Twıtter” hesabında yazıb.

Nazir bildirib ki, tərəfləri ayırmaq üçün polislər müdaxilə edib.

Yaralanan polis xəstəxanaya aparılsa da, həkimlərin cəhdləri nəticəsiz olub.

“Çürükbeyinlilər, məmnunsunuzmu?” – deyən nazir bir həftədir Türkiyə polisinin hədəfə alınmasına etiraz edib və bildirib ki, bütün bu hücumlara rəğmən əhali arasında ictimai asayişin qorunması davam edəcək.

Qeyd edək ki, dünən də Diyarbəkirin Bağlar rayonunda polisin "dayan” əmrinə tabe olmayan silahlı şəxs atəş açaraq asayiş keşikçisini öldürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   İnsident   Şəhid  

Türkiyədə silahlı münaqişə zamanı bir polis şəhid olub

2020/06/15909-1590987059.jpg
Oxunub: 1051     10:48     01 İyun 2020    