Qalmaqallı polis rəisi və Sünik vilayətindəki hadisələrdən DETALLAR

2020/05/defau-1590942829.jpg
Oxunub: 968     13:00     01 İyun 2020    
Erməni mətbuatı hələ 19 oktyabr 2019-cu il tarixində Ermənistan Polisindəki qalmaqallı təyinatlar haqqında yazırdı. Məsələ burasındadır ki, qalmaqallı hadisələrin mərkəzində adları hallanan, keçmiş polis rəisi Vladimir Qasparyanın əmri ilə işdən çıxarılan bir çox polis rəisləri sistemə geri qayıdaraq təyinatlar alırlar.

Xüsusilə, Sünik bölgəsindəki qalmaqallı hadisələrdə adları hallanan və kadr ehtiyatına göndərilən polis rəisləri, hazırkı Ermənistan Polis idarəsinin rəisinə yaxın olduqları, sinif yoldaşları olduqları və sistemə qayıtmaq niyyətində olduqları haqqında şayiələr yayıblar. Onlardan biri Gorus polis idarəsinin keçmiş rəisi Qevork Azizyan idi. Belə çıxır ki, Ermənistan Polis İdarəsinin rəisi vəzifəsini icra edən Arman Sarkisyan, davranışlarının üstündən xətt çəkərək, qalmaqallı hadisələrin mərkəzində olan polis rəislərini yenidən polis sisteminə qaytarır. Yəni bir dost, tanış və ya sinif yoldaşı olmaq xüsusiyyəti bu sahədə də qalib gəldiyini demək olar. Nəticədə Azizyan təyinat almış oldu.

Bəs, Azizyanın adı hansı hadisədə hallanmışdı?

2016-cı ildə müavininin qardaşı Artur Qevorkyanı əsassız olaraq həbs etmiş və döymüşdü. “Joğovurd” nəşrinin yaydığı qalmaqallı bir videodan sonra Artur Qevorkyan bəraət almışdı və Polis rəisi Azizyan isə yalnız vəzifəsindən kənarlaşdırılmışdı. Qısa müddətdən sonra Azizyan sistemə qaytarıldı, lakin onun iştirakı ilə başqa bir hadisə baş verdi. Keçmiş Sünik qubernatoru Surik Xaçatryanın qardaşı oğlu Edmon Xaçatryan, Azizyanın onu döydüyü cinayət işi barədə hüquq-mühafizə orqanlarına məlumat verdi. Bu məlumatın yayılmasından sonra Azizyan yenə də vəzifəsindən azad edildi. İndi isə budur, inqilabdan sonra Qevork Azizyan, nə az, nə çox, Sünik regional polis idarəsinin rəisi təyin edilir. Azizyan təyin edildikdən sonra Syunikdəki təlatümlər sakitləşmir və polislə öz iş üslublarını seçiblər.

Xüsusilə, son günlərdə Sisianda vətəndaşlarla polis əməkdaşları arasında bir hadisə qeydə alındı, nəticədə Ermənistan polis idarəsinin rəisi Arman Sarkisyanın göstərişi ilə rəsmi araşdırma təyin edildi. Sisian sakinləri Sisianın polis rəisi vəzifəsini icra edən Qarik Muradyanın hərəkətləri barədə Xüsusi İstintaq Xidmətinə məlumat təqdim ediblər. Nəticədə, Xüsusi İstintaq Xidməti Sisian vətəndaşlarının şikayəti əsasında Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 2-ci hissəsinə (rəsmi səlahiyyət həddini zorakılıq yolu ilə aşma, 308-ci maddəsinin 1-ci hissəsi (vəzifəli şəxs tərəfindən rəsmi vəzifə səlahiyyətinin maraqlarına zidd olaraq tətbiqi və ya xidməti vəzifə səlahiyyətlərini icra etməmə) və 309.1 (işgəncə motivləri) maddələri üzrə cinayət işi başlanıb.

Qafan polisləri də eyni hərəkətə yol vermiş, Qacaran rayon sakinlərini həbs edən polis əməkdaşları Qafan polisi tərəfindən zorakılığa məruz qalmışdılar, zorakılığa məruz qalan şəxslərin şəkilləri yayımlanmışdı.

Bu vəziyyətə görə, Polis idarəsində xidməti araşdırma təyin edilib. Vəziyyəti mühakimə edərək, Sünikin fərqli bölmələrinin rəhbərləri Sünik Polis idarəsinin rəhbəri Qevork Azizyanın iş üslubunu seçdiklərini və problemi döyərək həll etməyə çalışdıqlarını demək olar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis   Azizyan  

Qalmaqallı polis rəisi və Sünik vilayətindəki hadisələrdən DETALLAR

2020/05/defau-1590942829.jpg
Oxunub: 969     13:00     01 İyun 2020    