Paşinyan getməyə hazırdır?

2020/06/nikol-1591080156.jpg
Oxunub: 1320     10:33     02 İyun 2020    
Rəsmi məlumatlara görə, Ermənistanın 2020-ci ilin aprel ayında iqtisadi fəallığında, 2019-cu ilin aprel ayı ilə müqayisədə 17.2% olmaqla ikirəqəmli eniş qeydə alınıb. 2009-cu ilin böhran dövründən sonra belə bir azalma qeydə alınmamışdı. Böhrandan sonra, Ermənistan iqtisadiyyatı illik müqayisədə təxminən 14% geriləmə yaşamışdı. Qeyd etmək lazımdır ki, bu, Ermənistan iqtisadiyyatının pis vəziyyətini ortaya qoyan ilk məlumatlardır, hətta Ermənitan Statistika Komitəsi də bu göstəricini “malalaya” bilməyib. Üstəlik qeyd etmək lazımdır ki, bu azalma bütün sahələrdə qeydə alınıb.

Qeyd edək ki, aprel ayında fövqəladə vəziyyətlə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətlərin dayandırılması baş verib. Ermənistan Statistika Komitəsi də ilk dörd ayda ən böyük geriləmənin tikinti sektorunda olduğunu qeydə alıb. Yalnız aprel ayında 2019-cu ilin aprel ayı ilə müqayisədə bu sektorda 51% həcmində görünməmiş bir azalma baş verib. Sonrakı yerdə xarici ticarət dövriyyəsi durur, bu sahədə son 4 ayda 10.4% azalma, yalnız aprel ayında 28.4% geriləmə baş verib. Son dörd ayda növbəti böyük eniş, yüzdə 8,6 % olmaqla ticarət sektorunda olub. Təkcə aprel ayında təqribən 33% azalma qeydə alınıb. Xidmət sektorunda 15.9% azalma baş verib. Statistika Komitəsi aprel ayında həmçinin sənayedə 8,6 % nisbətində geriləmə yaşandığını açıqlayıb.

Aprel ayından bəri Ermənistan iqtisadiyyatı növbəti aylarda davam edə biləcək sərbəst enmə vəziyyətində olduğunu söyləmək olar, çünki bir ay davam edən fasilədən dərhal sonra yenidən başlamaq mümkün deyil. Xüsusilə maaş almamaq və ya daha az maaş almaq, xaricdən fərdi köçürmə almamaq, habelə xarici dünya ilə iqtisadi əlaqələrin azaldılması reallıqları iqtisadiyyata təzyiq göstərib və göstərməkdə davam edir. Bu, tut arağı və cımbızla koronavirusa qarşı mübarizə aparan hökumətin birbaşa cavabdeh olduğu bir vəziyyətdir. Bu, Paşinyanın səriştəsiz rəhbərliyi nəticəsində yaranmış vəziyyətdir.

Əgər koronavirus infeksiyası göstəricisi Gürcüstana yaxın bir durumda olsaydı, Ermənistan sakinləri insan sağlamlığının prioritet olduğunu dərk edərək bu vəziyyətlə də barışa bilərdi. Ancaq gündə infeksiyaların sayı 300-400 nəfər artdıqda və ən azı bir neçə ölüm hadisəsinin qeydə alınmadığı günlər olmadığı zaman problemin hərtərəfli olduğunu başa düşürsünüz və bu, uğursuzluq deyil, sosial iğtişaşlara və fəlakətə səbəb ola biləcək bir fəlakətdir.

Paşinyan, əslində, hökumətin fəaliyyətini uğursuzluğa düçar edib və koronavirus epidemiyası hökumətin məhv edilməsini sürətləndirib.

Ermənistanda yalnız Paşinyanın qırmızı xəttə çatdıqdan sonra könüllü olaraq getməsi və güc tətbiq etməklə qan tökülməsinə və toqquşmalara getməməsi şüurunun olacağına ümid edilir. Buna baxmayaraq, Paşinyanın sülh yolu ilə gedənə bənzəmədiyini deyirlər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Paşinyan getməyə hazırdır?

2020/06/nikol-1591080156.jpg
Oxunub: 1321     10:33     02 İyun 2020    