Ermənistana qaçaqmalçılıq yolu ilə niyə və kimlər brilyant idxal edir? - ARAŞDIRMA

2020/05/6-1590939677.jpg
Oxunub: 1373     12:14     01 İyun 2020    
Mayın 15-də Ermənistanın Vatikandakı səfiri Mikayel Minasyan Ermənistanda sürətlə inkişaf edən almaz sənayesindən danışaraq, 2020-ci ilin birinci rübündə Ermənistandan 20 milyard dramdan çox dəyəri olan brilyant və qızıl ixrac edildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Tert.am” nəşri yazıb.

Mikayel Minasyanın sözlərinə görə, sxem aşağıdakı kimidir: Hindistandan qaçaqmalçılıq yolu ilə brilyantlar Ermənistana gətirilir, burada “erməni məhsulu”na çevrilir və erməni kvotası ilə Hindistan almazları müxtəlif ölkələrə ixrac olunur.

Ermənistan Milli Statistika Xidmətinin yayımladığı göstəricilərə görə, 2020-ci ildə Ermənistanda almaz sənayesi misli görünməmiş bir artım dövrü yaşayıb. 2020-ci ilin yanvar – mart aylarında Ermənistanda 118, 476 karatlıq brilyant istehsal edilib. 2019-cu ilin eyni dövründə Ermənistanda 67, 900 karat, 2018-ci ildə 62,624 karat istehsal edilib. Məlum olur ki, 2020-ci ildə Ermənistanda əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə daha çox brilyant istehsal edilib.

Ancaq rəsmi məlumatlar göstərir ki, bu göstəricinin böyüməsi ilə yanaşı, nə Ermənistandakı almaz işçilərinin sayı, nə də Ermənistana gətirilən brilyantın həcmi artmayıb.

2019-cu ilin dekabr ayında Ermənistanda 10 almaz istehsalçısı şirkəti fəaliyyət göstərib. Şirkətlərin sənaye-istehsalçısı heyətinin sayı hələ yenilənməyib, lakin 2018-ci ilin rəsmi məlumatlarına görə, bütün şirkətlərdə ümumi 522 nəfər çalışan olub. 2020-ci ilin ilk rübündə, Hərbi qulluqçuların Sığorta Fonduna edilən ödənişlərə görə, Ermənistandakı bütün almaz şirkətlərində ən çox 480 işçi olub.

Əslində, eyni sayda işçinin bir ildə iki dəfə çox brilyant istehsal etdiyi ortaya çıxır. Necə? 480 işçinin 3 ay ərzində 118.476 karat almaz emal edə bilərmi?.

Mütəxəssislərin hesablamalarına görə bir almaz istehsalçısının orta məhsuldarlığı 1 ay ərzində 28 karat almaz xammalı və ya 12, 9 karat brilyant ola bilər. Məlum olur ki, hətta natamam 118 min karatlıq brilyant emal etmək üçün Ermənistanda 1400 işçi olmalı idi, amma gördüyümüz kimi, Ermənistanda fəaliyyət göstərən bütün almaz şirkətlərinin birlikdə cəmi 480 işçisi var, yəni təxminən 3 qat az işçisi var.

Bundan əlavə, bu ilin birinci rübündə istehsal olunan 118.476 karatlıq brilyantın əksəriyyəti, təxminən 53 min karat, bu ilin fevral ayında istehsal edilib. Təəccüblüdür ki, Ermənistan Milli Statistika Xidmətinin yayımladığı məlumatlara görə, ilin birinci rübündə əvvəlki ilə nisbətən qiymətli və yarı qiymətli daşların idxalında artım göstərilməyib, yəni Ermənistana brilyant xammalı almaz idxalında artım olmayıb, buna görə sual yaranır, Ermənistanda almaz mədənləri olmadığı halda təxminən 50.000 karat əlavə emal edilməmiş brilyant necə istehsal edilib? Məlum olur ki, idxal olunub, lakin rəsmi sənədlərdə bu barədə məlumat yoxdur. Bu dolayı yola dəlildir ki, Mikayel Minasyan tərəfindən səsləndirilən brilyant miqdarı gömrük yolu ilə təmizlənməyib.

“Ölkə üçün dəhşətli rüsvayçılıqdır. Gömrük rəsmiləşdirilməsi olmadan qanunsuz idxal baş verib. Bu ticarət dövriyyəsi artıq cinayət yollarına qədəm qoyur. Əlbətdə üst rəhbərliyin də xəbəri olmalıdır. Qırmızı inəyin dərisini dəyişdirməməsi barədə məşhur bir xalq sözu var, indi eyni şəkildə soyğunçuluq prosesi davam edir. Mən deyərdim ki, bunlar mükafat paylayırlar, evlər tikirlər, maşın alırlar, ezamiyyətlərə gedirlər, külli miqdarda pul xərcləməklə daha çox gəmiriciyə çevriliblər”, - deyə erməni iqtisadçı Vardan Bostancyan qeyd edib.

Erməni politoloq Armen Minasyan isə hesab edir ki, Ermənistandakı mövcud istehsal gücü rəsmi statistikada göstərilən emal olunmuş məhsulların həcminin olmasına imkan vermir.

“Bir neçə göstəricinin müqayisəsi bu məhsulun Ermənistanda istehsal olmadığını göstərir. Hindistanda işçi qüvvəsi ucuz olduğu və Hindistanda da eyni şəkildə ucuz aparıla biləcəyini güman edirəm ki, erməni kvotası ilə bizə verilən xammal və erməni kvotasına qaytarılacaq mallar əslində Hindistanda emal olunur, lakin erməni məhsulları altında qablaşdırılır”, - deyə politoloq qeyd edib.

Ermənistanda almaz emalında ikiqat artım 2019-cu ilin dekabr ayında “Ey.Di.Em Daymonds” almaz fabrikinin açılışı ilə eyni dövrə təsadüf edib. Şirkət Ermənistanda 2015-ci ildən fəaliyyət göstərir, ancaq o dövrdə yalnız Ermənistanda satışla məşğul olub. “Ey.Di.Em Daymonds” şirkəti Bağikyan qardaşları tərəfindən təsis edilib. Lakin ən maraqlısı, fabrikin açılışında Nikol Paşinyan, Xaçatur Sukiasyan, Qaqik Tsarukyan kimi vəzifəli şəxslərin və iş adamlarının iştirakıdır.

“Almaz istehsalı yaxın 10 ildə Ermənistanda fantastik şəkildə inkişaf edəcək. 2020-ci ilin birinci və ikinci rüblərindən sonra 2-ci və 3-cü platformaların yaradılması zərurəti barədə düşünə bilərik”, - deyə Xaçatur Sukiasyan fabrikin açılışında deyib.

Adının çəkilməsini istəməyən Ermənistanda fəaliyyət göstərən almaz şirkətlərindən birinin sahibi, verdiyi məlumatda qeyd edib ki, “Ey.Di.Em Daymonds” şirkətindən fərqli olaraq, Ermənistanda fəaliyyət göstərən digər 9 şirkət biznes baxımından yaxşı vəziyyətdə deyil.

Onun sözlərini “Ey.Di.Em Daymonds” şirkətinin Ermənistanın 1000 ən böyük vergi ödəyicisi siyahısında olması sübut edir. Yeri gəlmişkən, almaz sənayesindən yalnız “Ey.Di.Em Daymonds” şirkəti bu siyahıya daxil edilib.

2020-ci ilin birinci rübdə şirkət 1000 ən böyük vergi ödəyicisi siyahısında 715-ci yeri tutaraq 52 milyon 930 min dram həcmində vergi ödəyib.

Şirkətlərdən birinin sahibinin sözlərinə görə, bu gün təxminən 20 iyirmi il əvvəl, Hindistanın almaz sahəsində dünyada hələ hökmran olmadığı vaxtda qurulan almaz şirkətləri fəaliyyətini davam etdirir.

“Ermənistanda geniş miqyaslı bir almaz şirkətinin qurulması mənim üçün çox təəccüblü idi, çünki bazarımız o qədər də yaxşı vəziyyətdə deyil. Rəqabəti, məsələn, əməyin 2-3 qat daha ucuz olduğu elə həmin Hindistana məğlub oluruq. İndi Ermənistanda fəaliyyət göstərən şirkətlər 20-30 il əvvəl hindlilərin dünya bazarını fəth etmədiyi vaxt açılanlardır və indi işləmək bizim üçün müqayisəsiz dərəcədə çətindir. Bundan əlavə, bizdə hindlilərin malik olduğu texnologiyaları yoxdur və əsasən Rusiyada tələbat olan ən kiçik karatları çox ləng və çətinliklə emal edirik”, - deyə şirkət sahibi bildirib.

Adının çəkilməsini istəməyən başqa bir almaz şirkətinin icraçı direktorunun sözlərinə görə, Ermənistandakı almaz istehsalçılarının maaşları 100 min dramdan başlayır.

Qeyd edək ki, “Ey.Di.Em Daymonds” şirkətinin rəhbərlərindən biri olan Artak Bağikyan bildirib ki, şirkətinin işçisi 500.000 dramdan çox maaş ala bilər.

“Kənardan belə görünə bilər ki, bu çox gəlirli bir işdir, amma fakt budur ki, sektorumuzun gəlirliliyi cəmi 2-5 faizdir. “Ey.Di.Em Daymonds” şirkətinin elan etdiyi maaşlar onsuz da bahalı erməni emal heyətini daha da çox baha edir. Belə olan halda qanuni yolla rəqabət qabiliyyətli ola bilməzsiniz. Müvafiq kəndlinin bizdən 100-150.000 dram maaş almaq istəmədiyi və işləmək üçün “Ey.Di.Em Daymonds” şirkətinə gedəcəyi aydındır, elə deyilmi”, - deyə almaz şirkətinin icraçı direktoru bildirib.

Bəs brilyantlar niyə Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilir?

Ermənistanda emal olunan almazlar əsasən Rusiyaya ixrac olunur. Hər iki ölkə AİƏT üzvü olduğundan, AİƏT üzvü ölkəsindən vahid gömrük ərazisinə brilyant idxalı, başqa bir AİƏT üzvü olan bir dövlətdə emal olunması və yenidən AİƏT üzvü ərazisinə ixracı vergilər olmadan həyata keçirilir.

“Baxın, sxem belədir. Əgər hindlilər brilyantı Hindistan birbaşa Rusiyaya ixrac etmək qərarına gəlsələr, Ermənistan AİƏT üzvü ölkəsinə, yəni Rusiyaya ixracı zamanı yaranmayan 15% vergi ödəməli olacaq. Bu sxemlə, əslində həmin vergidən yan keçilir. Hindistanlılar bu sxemə görə Rusiyaya ixrac etməkdən ikiqat fayda əldə edirlər və layihənin tərtibatçısına da çox pul qalır. Belə çıxır ki, “Ey.Di.Em Daymonds” şirkəti istehsal etmədiyi almazdan böyük faiz əldə edir, buna görə də belə böyük heyəti yüksək maaşla saxlamağa qadirdir. Yenə də deyirəm, bu sxemin bütün məqsədi vergilərdən yayınmaqdır, əslində onlar Rusiyadan pul oğurlayırlar”, - deyə şirkət sahibi bildirib.

AİƏT-in ümumi gömrük dərəcələrinə görə, üçüncü ölkələrdən idxal olunan almaz və brilyant idxal edildiyi təqdirdə, bu məhsulun gömrük dəyərinin 15% -i və satış zamanı geri qaytarılmalı olan 20% əlavə dəyər vergisi ödənilməlidir. Ermənistan AİƏT üzvü olduğundan, AİƏT Nizamnaməsinə görə, Ermənistandan Rusiyaya brilyant və almazın idxalı və ixracı üçün gömrük rüsumları ödənilmir, buna görə də Ermənistandan qaçaq yolla Hind brilyantının Rusiyaya ixrac edildiyi halda, qeyd edilən 15% vergi tutulmasından yayınmaq mümkün olur.

Hazırda dünya bu sahənin maksimum şəffaflığından keçir, indi almaz sənədləri yalnız haradan alındığını deyil, həm də onu kim hazırladığını və nə vaxt işləndiyini göstərir. Bu, sərt və tənzimlənmiş bir bazardır və ciddi beynəlxalq nəzarət səbəbindən fırıldaqçılıq çox az saydadır. Bu çərçivədə erməni-hind sxemi aşkar olunarsa, rəsmi İrəvanın nəinki işgüzar nüfuzu, diplomatik korpusu da güclü təhlükəyə məruz qalacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hindistan   Qanunsuz-daşınma   Almaz   Rusiya   AİƏT  

Ermənistana qaçaqmalçılıq yolu ilə niyə və kimlər brilyant idxal edir? - ARAŞDIRMA

2020/05/6-1590939677.jpg
Oxunub: 1374     12:14     01 İyun 2020    