“1 Mart” cinayəti, siyasi şantaj, hadisələrin təhrif edilməsi

2019/12/00-22-1575627747.jpg
Oxunub: 900     11:15     02 İyun 2020    
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsinin siyasi təqib, Paşinyanın şəxsi qisası və geosiyasi problemlərin təzahürü olması Paşinyanın hakimiyyətə gəlməsindən və sələflərindən imtina etməsindən ilham alanlar da getdikcə əmin olmaqdadırlar.

Köçəryanın mühakiməsi başda 10 nəfər həlak olan olmaqla, “1 Mart” cinayətləri ilə heç bir əlaqəsi yoxdur. Bu həlak olanların qohumları sadəcə siyasi məqsədlər üçün istifadə olunur. Onlar 30 milyon dram müqabilində məhkəməyə çıxaraq, “Robert, qatil” və digər ifadələr söyləməklə bağırır, mühakimə olunan tərəflərə psixoloji təzyiq göstərərək, emosional mühiti təmin edirlər. Təxminən iki ildir davam edən məhkəmə, Köçəryanın günahını sübut etmir, ancaq həbsdə qalmaqla artıq cəzasını çəkir.

“Hraparak” nəşri yazır ki, “1 Mart” hadisəsi Paşinyanın hakimiyyəti dövründə aşkar edilə bilməz.

“Bir neçə dəfə faktları peşəkar şəkildə təhrif etdiyi, sözlərini gündə bir neçə dəfə dəyişdirdiyi, etdiyi və söylədiklərindən imtina edən Paşinyan 12 il əvvəl baş verən hadisələri necə qərəzsiz ortaya çıxa bilər? İstənilən qədər bu cür faktlar göstərmək olar. Ancaq uzaq getməyək, 8 may tarixində Ermənistan parlamentində baş verənlər, Paşinyanın və başqalarının reaksiyaları bu deyilənlərin əyani sübutudur.

Fərarilərin hakimiyyəti parlament zalında “onların ayranına turş” deyən deputatı döyürdü. Hadisə nə az, nə çox baş nazirin iştirak etdiyi müddətdə baş verdi. Lakin bu gərgin vəziyyətdə, Paşinyan, komanda yoldaşlarını sakitləşdirmək və susdurmaq əvəzinə, etirazçıları dəmir barmaqlıqlar götürməyə, barrikadalar qurmağa təşviq etdiyi, etirazçıların polisə qarşı necə mübarizə apardığını görəndə ürəyi fərəh hissi ilə döyünən anda “1 Mart” tarixində Myasnikyanın heykəlinin yanından qaçan kimi, məhkəmə zalını tərk etdi və qaçdı. Müxalifətçi Nikol nümayişçilərə “ruh yüksəkliyi” verdi və özü qaçdı. Bəlkə parlament salonunda baş verənlər də Paşinyanın ürəyinə fərəh hissi verirdi. Axı, bir gün əvvəl Marukyanla xoşagəlməz söhbət olmuşdu? Bəlkə də Sasun Mikaelyanı əvvəlcədən “dəmir barmaqlıqlar ilə silahlanmasına” təşviq etdiyini hələ demirik.

Həmin gün baş verənlər hamımızın gözü qarşısında baş verdi, şəxsi telefon nömrəsini parlament tribunasından özü elan etdiyi halda, İşıqlı Ermənistan partiyasını telefon nömrəsini yaymaqda günahlandıran Babken Tunyanın necə qığılcım atdığını gördük. Sasun Mikaelyanın da yerindən necə cavab verdiyini gördük.

Mikaelyanın şüşəni götürmək üçün əlini necə tutduğunu gördük. Şüşə isə, həmin tarixi şüşə, Nikol və Sasunun rol aldığı hadisələrdə daim rol oynayıb. 2018-ci ildə hakimiyyət dəyişikliyi zamanı Sasun Mikaelyanın hüquq-mühafizə orqanlarına şüşəni necə atdığını gördük. Amma şüşənin tərcümeyi-halı qədim “antik” dövrlərə aiddir. 2008-ci ildə də şüşə yanan maye ilə dolu bir amil idi…

Xoşbəxtlikdən bu dəfə Andranik Köçəryan şüşəni Sasunun yaxınından uzaqlaşdırdı. Nikolçuların arxadan Marukyana hücumunu gördük. Hakimiyyət mənsublarının bu davranışından sonra belə görünürdü ki, Paşinyan komanda yoldaşlarının ədəbsiz davranışlarına görə cəmiyyətdən üzr istəməlidir. Bəs necə, niyə? Paşinyanın əli quru daşın altındadır ki, bunları manipulyasiya etməsin və özlərini qurban yerinə qoymasın və bütün “hay həşiri” qarşısındakların üzərinə atmasın? Elə bir çıxış etdi ki, daşı daş üstündə qoymadı qalsın. Məlum oldu ki, “addımçı” qadınlar hər gün sosial mediada zorlama ilə hədələnirlər. “Duxov” hökuməti isə təcavüz etmək istəyənləri tapa bilmir. Ən dəhşətlisi isə uşaqlar haqqında ifadə oldu, bu qadınların “uşaqlarını gəbərtmək” ilə hədələyirlər. Sosial mediada komanda yoldaşlarının uşaqlarına qarşı belə təhdidlər olsaydı belə, Baş nazir komanda yoldaşlarının uşaqlarına hörmət edə bilər və “gəbərtmək” sözünün başqa sinonimini tapa bilərdi, axı, uşaqlar haqqında danışırıq.

Ancaq, xeyr, Paşinyan insan orqanizmini daha təsirli hala gətirəcək bir söz söyləməlidir. Uşaqlar isə 2008-ci ilin 1 mart hadisələri zamanı da Paşinyan komandası üçün qıcıqlandırıcı amil olub. Bəzi təxribatçılar hətta səfirliyə polisin bir uşağı öldürdüyünü iddia edərək, uşaq ayaqqabılarını nümayiş etdirmiş, qışqırmış və yas tutmuşdular. Bu təxribatın nəticəsi oldu, nümayişçilər küçələrdə polisə qarşı daha da qızışdı və qızğın atmosfer faciəli sonluqla nəticələndi.

Parlament tribunasından Paşinyan, Marukyanın salonun mərkəzi olan “hadisə yerinə” ilk gəldiyini misal çəkərək, təhrik etməkdə ittiham etdi. Sasun isə, əslində iclas salonunu tərk etmək istəyirdi, lakin sadəlövhlüklə, istəmədən getdi və Marukyana ver ki, vurasan. Paşinyan Sasunun bundan öncə nə etdiyini, nə danışdığını, niyə əlini şüşəyə apardığı barədə heç nə danışmadı.

Görünən budur ki, Paşinyan komandasına heç də yaxşı haqq qazandıra bilməyib. Lilit Makunts geniş miqyaslı “tədbir” təşkil edib və Marukyanın, onun komandası ilə münaqişə, təhrik və təhqirlərin nə zaman, harada və kimlə olduğu barədə ictimaiyyətə geniş məlumat təqdim etməli olub. Ancaq təəccüblüdür ki, bütün işləri sonundan, birinci hissəsi montaj edilmiş şəkildə danışırdı. Məsələn, özləri üçün oturan “addımçılar” soğan və çörək yeyərdilər və birdən Marukyan gəlib bu şüşələrin hamısını qırardı. Makunts Paşinyanın “sənət”nin yarımçıq qalan qismini doldurmaq üçün gəlmişdi. Makunts Marukyanın Çiçəklənən Ermənistan partiyasının üzvləri ilə necə qarşıdurmaya girdiyini xatırladır. “Addımçı” xanım yəqin ki, nəinki Çiçəklənən Ermənistan partiyasının üzvləri ilə, həm də digərləri ilə necə qarşıdurmalarının olduğunu unudur.

Bu hökumət, ayaq üstə, cəmiyyətin gözü qarşısında baş verən hadisəni sürətlə təhrif edir, baş verən hadisələri alt-üst təqdim edir. Bu insanlar ədalət, həddindən artıq peşəkarlıq və işin hərtərəfli öyrənilməsini tələb edən “1 Mart” cinayətini necə qərəzsiz şəkildə ortaya qoya bilər? Paşinyanlar, bunu iştaha və keflərinə xoş gələn, işləri təhrif edərək, tərsinə çevirən yollar və yanaşmalarla edər. Əlbəttə ki, hakimiyyətin sükanı arxasında qalmağa davam etsələr”, - deyə nəşdə dərc olunan məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   1-Mart  

“1 Mart” cinayəti, siyasi şantaj, hadisələrin təhrif edilməsi

2019/12/00-22-1575627747.jpg
Oxunub: 901     11:15     02 İyun 2020    