Gürcüstan Rusiyadan 15% endirimlə təbii qaz alacaq: Bu, İrəvana açıq mesajdır

2020/05/6-1590939360.jpg
Oxunub: 850     14:50     01 İyun 2020    
Gürcüstan “Qazprom”la qazın qiymətinin azaldılması ilə bağlı razılaşmaya yenidən baxır.

“Sputnik-georgia.ru” agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın yeni təyin olunmuş İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

“Güclü rəqabət fonunda, dünya neft bazarında qiymətlərinin düşdüyünü nəzərə alsaq,” Qazprom “la qüvvədə olan razılaşmaya yenidən baxılması qazın qiymətini azaltmağa kömək edəcək. Ticarət sirrinə əsasən, rəqəm deyə bilmərəm, amma təbii qazın qiymətinin təxminən 15 faiz ucuzlaşacağını deyə bilərəm”, - deyə yeni təyin olunan nazir bildirib.

“168.am” xəbər portalına müsahibəsində Ermənistnın Enerji Təhlükəsizliyi İnstitutunun sədri, siyasi elmlər doktoru Vahe Davtyan qeyd edib ki, belə bir qərar özündə erməni tərəfinə bir mesaj əks etdirir. Yeri gəlmişkən, 2019-cu ildə Gürcüstan 160 milyon kubmetr Rusiya qazı idxal edib ki, bu da idxal olunan qazın təxminən 5% -ni təşkil edir.

“Bu həm də İrəvana göndərilən bir mesaj kimi qəbul edilə bilər. Ermənistan üçün bir tərəfdən sərhəddə qazın qiymətinin aşağı salınması məsələsinə baxılmır, digər tərəfdən daxili tariflərin artırılması üçün müraciət edilib. Rusiya-Gürcüstan qaz müqaviləsi bağlı və müəyyən edilən qiymət ticarət sirri olsa da, tendensiyanın özü əhəmiyyətlidir və dərin siyasi məzmuna malikdir. Son zamanlar Rusiya-Gürcüstan münasibətlərinin daha konstruktiv bir sahəyə keçdiyi nəzərə çarpır, belə bir vəziyyət barədə dala dirənən Ermənistan-Rusiya münasibətləri haqqında danışmaq olmaz. Bu kontekstdə qaz tarifi məsələsi ikitərəfli münasibətlərin əsas indikatoru kimi nəzərdən keçirilə bilər”, - deyə ekspert vurğulayıb.

Gürcüstan məsələləri üzrə ekspert Coni Melikyan isə nəşrə verdiyi müsahibəsində bildirib ki, bu, Ermənistan tərəfi ilə ilə problemlər fonunda İrəvana mesaj deyil, yəni gürcülərlə ermənilərin qaz prosesləri bir-biri ilə bağlı olan məsələ deyil.

“Gürcüstan və “Qazprom” 2006-cı ildən bəri ildə bir dəfə, 2017-ci ildən bəri isə hər iki ildən bir tranzit olaraq Gürcüstan vasitəsilə Ermənistana qaz ötürülməsinə dair razılaşma imzalayır. 2016-cı ildə başa çatan razılığa qədər Gürcüstan tərəfi Ermənistana tranzit üçün “Qazprom”dan tranzit həcminin 10% həcmi qədər təbii qaz alırdı. 2017-2018-ci illərdə bağlanan Razılaşmaya əsasən isə Rusiya tərəfinin tələbi ilə Gürcüstan tranzit üçün qismən qaz və maliyyə kompensasiyası alırdı, yəni müəyyən bir həcmdə pul müəyyənləşdirildi. Gürcüstanın “Qazprom”la son müqaviləsi 2019-cu ilin martında, 2019-2020-ci illər üçün imzalanıb. İndi maraqlı olan odur ki, 2017-ci ilə qədər Gürcüstan demək olar ki, Rusiya qazı almırdı və son iki ildə məhdud miqdarda, o cümlədən 2019-cu ildə - təxminən 160 milyon kubmetr qaz alıb, bu da idxal olunan qazın 5% həcmini təşkil edir.

Cari 2020-ci ildə isə 170 milyon kubmetr qazın idxalı planlaşdırılır. Burada istehlak üsulu maraqlıdır. Onlar qaz alırlar və artıq birjada iri şirkətlər bu qaz ehtiyatlarını rəqabətli qiymətə alma imkanı əldə edirlər. Başqa sözlə, Gürcüstan əhali üçün sosial məqsədlər görə satın almır, Gürcüstanda bu qaz ucuzdur. 2019-cu il müqaviləsində isə beynəlxalq bir qiymət sabitləşib və bu son addım bunun çərçivəsində atılır. Tranzit üçün müəyyən bir miqdarda vəsait var və razılaşmanın ikinci elementi odur ki, Gürcüstan tərəfi kompensasiya edilən qazın əlavə həcmi üçün müraciət edə bilər. İndi keçən il təxminən 150 milyon kubmetr qaz alıblar, bu il isə 170 milyon kubmetr qaz almaq istəyirlər. Bu qazı 15% azaldırlar. Maraqlıdır ki, əvvəlki razılaşma 1000 kubmetr qaz üçün 185 dollar civarında idi, lakin bəzi informasiyalara görə 2019-2020-ci illər üçün bu vəsaitin həcmi 215 dollar civarında olub. İmzalanmış müqavilədə 215 dollar olduğunu düşünsək, son 15% azalma qiymətin təxminən 185 dollar olacağını ifadə edir. Əgər 185 dollar olarsa, bu sərhəddə keçərlidir, ancaq Gürcüstana gəlməsi və birjada alacaq şirkətlər, artıq bu qazı daha baha satacaqlar”, - deyə Gürcüstan üzrə ekspert bildirib.

O əlavə edib ki, bu gün Ermənistan 1000 kubmetr qaz üçün 165 dollar ödəyir. Buna görə də Gürcüstandan baha qiymətə alınmayacağı ehtimal edilir. Əlbəttə ki, Gürcüstanın vəziyyətində bu ilin sonundan əvvəl qeyd olunan 185 dollar və yaxın 2 il ərzində imzalanacaq müqavilə, neftin qiyməti sabitləşərsə fərqli bir qiymət ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Gürcüstan   Qaz   Rusiya  

Gürcüstan Rusiyadan 15% endirimlə təbii qaz alacaq: Bu, İrəvana açıq mesajdır

2020/05/6-1590939360.jpg
Oxunub: 851     14:50     01 İyun 2020    