Paşinyan qaçaqmalçılıqla bağlı skandalı ört-basdır etmək üçün general Karapetyanı Rusiyaya ezamiyyətə göndərib

2020/05/1590915018.jpg
Oxunub: 1263     16:49     02 İyun 2020    
Erməni səlahiyyətliləri tərəfindən Aprel döyüşləri vaxtı informasiya çatışmazlığı üçün cavabdeh olan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Hərbi Kəşfiyyat İdarəsinin artıq keçmiş idarə rəisi general Arşak Karapetyan vəzifəsindən azad olunub, lakin Ermənistanın yeni hakimiyyəti general Karapetyanı taparaq ona xidmətlər göstərməyi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində canlı yayım zamanı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan danışıb.

Minasyan, həmçinin hansı xidmətlərdən söhbət getdiyi barədə detalları təqdim edib.

“Hazırda Baş nazirin müşaviri vəzifəsini tutan general Karapetyan Ermənistanda və Rusiyada fəaliyyət göstərən fövqəladə vəziyyət rejiminə baxmayaraq, mayın 23-də Voronejə ezam olunub. Yəni, general Karapetyan xüsusi bir şəxs olaraq sərhədi keçə bilməzdi, buna görə də o, dövlət rəsmisi kimi gedib, hökumətin saytında bu barədə məlumat yoxdur. Əlbəttə, o, Baş nazirin ya gizli, ya da şifahi əmri ilə gedib, niyəsi isə çox aydındır, çünki artıq çoxdandır general Karapetyanı qaranlıq işlər üçün istifadə edən Nikol Paşinyan bu dəfə də onu Rusiyanın xüsusi xidmət orqanları ilə danışmaq üçün Voronejə göndərib ki, sonuncular qaçaq siqaretlə əlaqədar Nikol Paşinyan və Ermənistan Baş nazirinin ailəsi ilə əlaqəli olan ən böyük skandalda kömək etsinlər, ört-basdır etsinlər və cinayət işi açılmasın”, - deyə Minasyan bildirib.

Minasyan qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanı silah ticarətinin beynəlxalq qara bazarına cəlb etməsini, qaçaq siqaret, habelə silah skandalını ört-basdır etmək üçün general Arşak Karapetyanın Rusiyaya ezam olunmasını sübut edən faktlar var.

“Paşinyan Ermənistanı silah ticarətinin beynəlxalq qara bazarına cəlb edib, hansısa Davit Qalstyan vasitəsilə Rusiyadan Ermənistan üçün alınmış silah daha yüksək qiymətə 3-cü, daha sonra 4-cü ölkəyə yenidən satılıb”, - deyə Minasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Karapetyan   Qaçaqmalçılıq  

Paşinyan qaçaqmalçılıqla bağlı skandalı ört-basdır etmək üçün general Karapetyanı Rusiyaya ezamiyyətə göndərib

2020/05/1590915018.jpg
Oxunub: 1264     16:49     02 İyun 2020    