Türkiyədə PKK-nın 5 terrorçusu zərərsizləşdirilib

2020/05/1590912835.jpg
Oxunub: 966     12:40     31 May 2020    
Türkiyənin cənub-şərqindəki Herekol dağı ərazisində PKK-nın 5 silahlısı, o cümlədən terror təşkilatının başçılarından biri zərərsizləşdirilib.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin başçısı Süleyman Soylu özünün “Twitter”dəki səhifəsində yazıb.

O, qeyd edib ki, ölkənin bu ərazisində terrorçuların qərargahı məhv edilib.

"Herekolda jandarmeriyanın və polisin xüsusi təyinatlı qüvvələrinin döyüşləri barədə yaxşı xəbərlər gəlir. PKK-nın beş terrorçusu, o cümlədən bu ərazidə qanlı təşkilatın fəaliyyəti üçün "məsuliyyətli" olan şəxs zərərsizləşdirilib. Ancaq ən vacib olanı "Çemçe" dəstəsinin məhv edilməsidir. Bu o deməkdir ki, ölkənin həmin ərazisində terrorçuların qərargahı zərərsizləşdirilib”, - Soylu yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   PKK  

Türkiyədə PKK-nın 5 terrorçusu zərərsizləşdirilib

2020/05/1590912835.jpg
Oxunub: 967     12:40     31 May 2020    