Paşinyanın “qara siyahısı” genişlənib: Hüquq-mühafizə orqanlarına siyahı verilib ki, “dosye” toplasınlar

2020/05/Nikol-1589969310.jpg
Oxunub: 733     14:21     03 İyun 2020    
“Növbə bizimkilərə - Vardan Atabekyan, Sofya Hovsepyan, Anna Karapetyan, Taquhi Tovmasyan, Hayk Sarkisyan (Zarehi), Artur Davtyan, Viktor Yengibaryan, Anuş Beğloyan, Şirak Torosyan, Hovhannes İgityan, Varazdat Karapetyan və Arsen Culfalakyana çatdı, siyahı hələ tam deyil, genişlənməyə yer var. Bu siyahı hökumətdən hüquq-mühafizə orqanlarına verilib (kimin elmi ilə verildiyi məlumdur) ki, bu deputatlar üzərində dosye toplansın, iyunun 15-nə qədər zaman da verilib”.

Ordu.az xəbər verir ki, bunu “Hraparak” nəşrinin “Mənim addımım” fraksiyasında olan mənbəsi bildirib.

Mənbə “Niyə?” sualına cavab verib ki, məlum adamın onlara qarşı etibarı yoxdur.

“Hüquq-mühafizə orqanları “əvvəlkiləri” buraxmalı, “indikilərlə” məşğul olmalıdır?” sualına adı çəkilməyən mənbə belə cavab verib: “Bəli, artıq “axtarış” işləri başlayıb, hətta deputatların yaşadığı ərazilərə, keçmiş məhəllələrə gedirlər, hal və sorğu edirlər, min şey axtarırlar, ümumilikdə nənə və babaya qədər cəlb edirlər, çünki “yenilər” üzərində xüsusi çox şey yoxdur”.

Məqsədin nə olduğu ilə bağlı verilən suala mənbə cavab olaraq qeyd edib ki, parlamentdə yenidən təsnifləşdirməyə yol verməmək üçün qarşıdakı inkişaflardan əvvəl potensial itaətsizləri oyundan çıxarmaq lazımdır.

“Bir hissəsinin mandat məsələsi qarşıya qoyulub, bir hissəsi üçün də mandatdan öncəki vəziyyət var, mütləq qorxanlar olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan  

Paşinyanın “qara siyahısı” genişlənib: Hüquq-mühafizə orqanlarına siyahı verilib ki, “dosye” toplasınlar

2020/05/Nikol-1589969310.jpg
Oxunub: 734     14:21     03 İyun 2020    