“Yerkrapah”ın sabiq sədri Səhiyyə Nazirliyini məhkəməyə verib

2020/04/13133-1586855600.jpg
Oxunub: 1310     15:54     02 İyun 2020    
Ermənistan parlamentinin keçmiş deputatı, “Yerkrapah” hərbi təşkilatının sabiq sədri Manvel Qriqoryan sonrakı müalicəsini təşkil etməklə bağlı qərar qəbul etməmək barədə Ermənistan Səhiyyə Nazirliyinin hərəkətsizliyindən şikayət edərək ona qarşı inzibati müraciət təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Manvel Qriqoryanın vəkili Levon Bağdasaryan bildirib.

O qeyd edib ki, onlar 2 dəfə Qriqoryanın müalicəsinin sonrakı gedişatı barədə qərar qəbul etmək üçün Ermənistan Səhiyyə Nazirliyinə müraciət ediblər, iki dəfə cavab verməkdən imtina ediblər, üçüncü müraciətə də hələ cavab verməyiblər.

“Biz cənab Qriqoryanın epikrizini təqdim etmişik və xahiş etmişik ki, burada müalicəni təşkil etmələrinin mümkün olması barədə nəticəyə gəlsinlər, əgər mümkün deyilsə, onda xaricə getməsinə icazə versinlər. Onlar bir dəfə bizə cavab verdilər ki, məsələ bizim səlahiyyətimiz altında deyil və Ədliyyə Nazirliyinə müraciət edək. Oradan da bizə cavab verdilər ki, onların edəcəyi yoxdur, çünki şəxs həbs olunmayıb və məsələni Səhiyyə Nazirliyi həll etməlidir”, - deyə erməni vəkil bildirib.

Bağdasaryan qeyd edib ki, bu məsələ üzrə Ermənistanın Ombudsman Aparatı və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ombudsman  

“Yerkrapah”ın sabiq sədri Səhiyyə Nazirliyini məhkəməyə verib

2020/04/13133-1586855600.jpg
Oxunub: 1311     15:54     02 İyun 2020    