“Qarabağda hərbi əməliyyatlar istisna olunmur” - EKSPERTLƏR

2020/06/12_15-1591084880.jpg
Oxunub: 3442     12:15     02 İyun 2020    
Mayın 18-dən 22-nə qədər Azərbaycan Ordusu növbəti böyük hərbi təlimlərindən birini keçirib.

Rus hərbi analitik Aleksandr Xramçixin bildirib ki, hərbi təlimlər planlıdır, bənzər hərbi təlimlər üçün klassik hesab olunan ssenarilər oynanılıb.

Xramçixinin sözlərinə görə, Ermənistan tərəfi ilə əməliyyatlar təhlükəsinin olduğu istiqamətlərdə hərbi təlimlər zamanı geniş miqyaslı hərbi texnika, canlı qüvvə toplanması baş verir.

“Əlbəttə, hazırkı münaqişə halında bunu qiymətləndirmək böyük macəra olacaq, çünki o, dərhal başqa bir əməliyyata və ya hətta planlaşdırılmamış aqressiyaya çevrilə bilər”, - deyə Xramçixin bildirib.

Digər bir rus hərbi analitik Pavel Felqenqauer bildirib ki, Qarabağ münaqişəsi halında bu hərbi təlimlər güc nümayiş etdirmək, bununla rəqibi təmkinli etmək, təhrik etmək, təzyiq göstərmək və sayıqlığı yoxlamaq xarakteri daşıyır.

“Azərbaycan koronavirusun yayılması zamanı rəqibin sayıqlığını yoxlayır. Təhlükə var ki, bu, (koronavirus - red.) sərhədlərdə sayıqlığı əhəmiyyətli dərəcədə zəiflədə, ölkələrdə xaotik vəziyyət yarada bilər, elə deyil?”, - deyə Pavel Felqenqauer qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   İşğal   Qarabağ   Müharibə  

“Qarabağda hərbi əməliyyatlar istisna olunmur” - EKSPERTLƏR

2020/06/12_15-1591084880.jpg
Oxunub: 3443     12:15     02 İyun 2020    