Paşinyanın general müşavirinə məxsus şirkət 149 milyonluq tenderi qazanıb

2020/05/24137-1590910148.jpg
Oxunub: 1477     15:57     01 İyun 2020    
“Nikolun müşaviri Arşak Karapetyana məxsus şirkət 149 milyonluq tenderi qazanıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının Şenqavit gənclər təşkilatının təşkilatçı komissiyasının sədri Hovhannes Xaçatryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, talandan və korrupsiyadan danışan Baş nazirin müşaviri Arşak Karapetyanın ailəsinə məxsus “Elkomp” şirkəti təxminən 149 milyon dramlıq tenderi qazanıb.

“Fövqəladə heç nə görünmür, lakin həmin bu şirkətin 2018-ci ilə qədər dövlət satınalmaları ilə qazandığı tenderlərin məbləğləri 400 min dramı keçməyib, faktiki olaraq bu şirkətin büdcəsi bu iki ildə bilmirsən hansı şəraitdə 100 dəfə artıb.

İlkin ehtimala görə, bu, onun vəzifə alması ilə əlaqəyə malik ola bilər, bu isə parlaq korrupsiya nümunəsidir.

Bütün bunları izləyərək güman edə bilərik ki, Baş nazir ona təşəkkürünü bildirir, çünki general Arşak Karapetyan Ermənistanın 2-ci prezidenti Robert Köçəryana qarşı ifadə vermişdi. İfadəsindən bir neçə gün sonra isə o, Baş nazirin müşaviri oldu”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Paşinyanın general müşavirinə məxsus şirkət 149 milyonluq tenderi qazanıb

2020/05/24137-1590910148.jpg
Oxunub: 1478     15:57     01 İyun 2020    