“Past”: Ermənistanda hakimiyyəti təhvil verməyin mərhələli variantı müzakirə olunur

2020/06/l-DkR-1590997089.jpg
Oxunub: 1367     12:02     01 İyun 2020    
“Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinin aşağı düşməsi və ictimai etimadın tədricən azalması şəraitində hakimiyyətin yüksək eşolonlarında hakimiyyət “tranzit”i məsələsinin aktiv şəkildə müzakirə olunması barədə son zamanlar getdikcə daha tez-tez danışılır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazır.

Nəşr qeyd edir ki, xarici legitimlik resurslarının artıq tükəndiyi vaxtda, Ermənistan hakimiyyətinin Rusiya ilə gərginləşmiş münasibətləri fonunda məsələ daha aktual olub.

“Məlumata görə, müzakirə olunan bir neçə variant var, onlardan biri də Ermənistan prezidenti Armen Sarkisyanla əlaqəlidir. Paşinyan idarəçiliyinin 2 ili ərzində bütün körpüləri yandırmağa və siyasi sahə ilə bütün mümkün xəttləri kəsməyə nail olub.

Yeganə zərərsiz qalan “körpü” Ermənistan prezidenti Armen Sarkisyanla əlaqəsidir və hazırda bundan istifadə etməyə cəhd edilir.

Məlumata görə, hakimiyyəti Armen Sarkisyana təhvil verməyin mərhələli variantı müzakirə olunur və bunun ilk addımı Tiqran Avinyanın vəzifəsini Sarkisyana “təhvil vermək” olmalıdır.

Əgər bu razılaşma baş tutarsa, Armen Sarkisyanın qeyd etdiyi şəxs Ermənistan Baş nazirinin müavini vəzifəsinə təyin olunacaq”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

“Past”: Ermənistanda hakimiyyəti təhvil verməyin mərhələli variantı müzakirə olunur

2020/06/l-DkR-1590997089.jpg
Oxunub: 1368     12:02     01 İyun 2020    