Erməni siyasi xadim: “Paşinyan yaydığı zəhər içərisində boğulacaq”

2020/05/maxre-1590908400.jpg
Oxunub: 669     14:33     02 İyun 2020    
“Hazırda Ermənistanda siyasi hakimiyyət, hökumət, parlament yoxdur, siyasi hakimiyyətin, hökumətin, parlamentin imitasiyası var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasının həmtəsisçisi və keçmiş üzvü Artur Hambardzumyan deyib.

Hambardzumyan qeyd edib ki, əhalinin dəstəyi üçün atılan addımlar imitativ xarakter daşıyır.

“Bu gün Ermənistanda siyasi hakimiyyət yoxdur və dövlət artıq uzun aylardır bürokratik sistem tərəfindən idarə olunur”, - deyə o bildirib.

Artur Hambardzumyanın sözlərinə görə, imitativ hökumətin hərəkətlərində məntiq axtarmaq nankor işdir. O əlavə edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan yaydığı zəhər içərisində boğulacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan  

Erməni siyasi xadim: “Paşinyan yaydığı zəhər içərisində boğulacaq”

2020/05/maxre-1590908400.jpg
Oxunub: 670     14:33     02 İyun 2020    