Aprel döyüşlərini araşdıran komissiya Ermənistan XİN-in keçmiş rəhbərindən nəyi soruşub? - ƏTRAFLI

2020/05/33333-1590907331.jpg
Oxunub: 1180     11:27     31 May 2020    
Mayın 29-da Aprel döyüşlərini araşdıran parlament istintaq komissiyası Ermənistanın keçmiş Xarici İşlər naziri Edvard Nalbandyanı dinləyib.

Nalbandyan Rusiyada yaşayır və səfirlik vasitəsilə suallara cavab verməyə razılıq verib.

Komissiyanı bir sual maraqlandırır: Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, komissiyanın dəvətini rədd etmiş Yuri Xaçaturov 2016-cı ilin müharibə günlərində Rusiyada hansı sənədi imzalayıb?

İstintaq komissiyasının bununla işinin başa çatması mümkündür, lakin komissiya üzvləri işğal altında olan Qarabağa gələcəklər, orada qondarma qurumun indiki və keçmiş üzvləri ilə görüşəcəklər.

Komissiya üzvləri Bako Sahakyanı dəvət etməyi artıq məqsədəuyğun hesab etmirlər. Komissiyanın fəaliyyət müddəti iyunun 2-də başa çatır, lakin hesabatı payızda təqdim edəcəklər.

“Mən xüsusən cənab Nalbandyanı dinlədikdən sonra indi çox vacib bəyanat verirəm: Yuri Qriqori Xaçaturovun komissiyaya gəlmək və komissiyanın suallarına cavab vermək üçün daha iki günü var”, - deyə Aprel döyüşlərini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryan bildirib.

Andranik Köçəryanın sözlərinə görə, Edvard Nalbandyanla sual-cavabda bu nəticəyə gəlib ki, Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov komissiyada bəzi suallara cavab verməlidir.

“Bunlar o qədər vacibdir ki, mən indi bu bəyanatı verirəm. Mən məktublar göndərməyəcəm, çünki məktub göndərmişik, cavabını almışıq. Amma bütün bu prosesdə bir rəsmi olmayıb... Təsadüfi deyil ki, bu anda Xarici İşlər naziri vəzifəsini tutan şəxsə suallar veririk və deyirik ki, Yuri Xaçaturov suallara cavab verməlidir, elə deyil?”, - deyə Köçəryan bildirib.

Komissiyanın fəaliyyət müddəti iyunun 4-də başa çatdığı üçün Andranik Köçəryan qeyd edib ki, daha iki gün gözləyəcəklər, istənilən saatda və istənilən formatda Xaçaturovu dinləməyə hazırdırlar: “Əks təqdirdə nəticələrimizi Xaçaturovu dinləmədən təqdim edəcəyik və bu nəticələrdə başqa orqanların məşğul olmalı olduğu nəticələr olacaq. İstintaq komissiyasının artıq edəcəyi yoxdur”.

Yuri Xaçaturovun niyə komissiyaya gəlməkdən imtina etməsi Köçəryana məlum deyil. Köçəryanın sözlərinə görə, Edvard Nalbandyan “çox diplomatik cavablar verib” və bu cavablar mövcud məlumatlara əlavə olunacaq.

İstintaq komissiyasının sədri bildirib ki, Ermənistanın keçmiş XİN rəhbərinə 47 sual verilib, əvvəlcədən hazırlanmış suallardan 2-si dəyişdirilib, bir neçəsi məhz Nalbandyan tərəfindən əlavə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   XİN   Nalbandyan   İstintaq   Aprel-döyüşləri  

Aprel döyüşlərini araşdıran komissiya Ermənistan XİN-in keçmiş rəhbərindən nəyi soruşub? - ƏTRAFLI

2020/05/33333-1590907331.jpg
Oxunub: 1181     11:27     31 May 2020    