Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”

2020/05/1590906185.jpg
Oxunub: 920     12:02     02 İyun 2020    
“Ermənistan Qarabağ məsələsində danışıqlarda tək qalıb, həmsədrlik edən ölkələr, habelə Azərbaycan bizə qarşı fəaliyyət göstərir, halbuki Ermənistan Baş naziri Nikol Paşinyan Əliyevin konstruktiv olduğunu bildirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Ara Vardanyan deyib.

Vardanyan qeyd edib ki, Qarabağ məsələsi ətrafında yaranmış bu vəziyyət həm də bütün müxalif qüvvələrin hökumətə birləşdirilməsinin səbəbidir.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti başa düşür ki, Ermənistanın hazırkı hakimiyyətinin səriştəsizliyi artıq həm fiziki cəhətdən yoluxma ilə bağlı təhlükə təqdim edir, həm də Qarabağ məsələsində təhlükəlidir.

“Ötən gün Baş nazir Paşinyan Mikayel Minasyanla (Ermənistanın Vatikandakı keçmiş səfiri - red.) bağlı açıqlama verdi. Əminəm ki, hazırda hüquq sistemində terror baş verir, insanlar “Nikol Paşinyanın çıxışını verin, bunun altından necə çıxdığımızı görək” deyirlər, halbuki hüquq sistemində əksi olmalı idi. “1 Mart” işi üzrə də vəziyyət bu cürdür, indiyə qədər hər hansı bir şey aşkara çıxarılmayıb”, - deyə Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qarabağ   Paşinyan   Terror  

Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”

2020/05/1590906185.jpg
Oxunub: 921     12:02     02 İyun 2020    