Səfir: “Aİ Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqları dəstəkləyir”

2020/05/7c98d-1590676248.jpg
Oxunub: 2710     17:40     28 May 2020    
Avropa İttifaqı (Aİ) Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “prezident seçkiləri” və “andiçmə mərasimi”ni tanımır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Xartselin məktubunda bildirilib.

Məktub Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” və Şuşada təşkil edilən “andiçmə mərasimi”nə etirazın bildirildiyi bəyanatına cavab olaraq təqdim edilib.

Səfir qeyd edib ki, bu hadisələr Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz: “Avropa İttifaqı ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin dayanıqlı sülh üçün substantiv danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə səyləri bundan sonra da dəstəkləməyə hazırdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Səfir: “Aİ Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqları dəstəkləyir”

2020/05/7c98d-1590676248.jpg
Oxunub: 2711     17:40     28 May 2020    