Azərbaycanda Respublika Günüdür

2020/05/1590641737.jpg
Oxunub: 1627     00:15     28 May 2020    
Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 ili tamam olur.

Ordu.az xəbər verir ki, Cümhuriyyətin yarandığı gün - 28 may Azərbaycanda Respublika günü kimi qeyd edilir.

Xatırladaq ki, 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyulub. Nəticədə Rus İmperiyası dağılıb. Xalqlar öz müqəddəratlarını özləri həll etməli olublar. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublikadır. Bu Respublika parlamentli dövlət olub. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edilib. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq vəhdət təşkil edib.

Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci ilin aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və Respublika süquta uğrayıb.

Azərbaycanda Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə əsasən, 28 may qeyri-iş günüdür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   AXC   28-may  

Azərbaycanda Respublika Günüdür

2020/05/1590641737.jpg
Oxunub: 1628     00:15     28 May 2020    