Bu il Azərbaycanda 11 ədəd piyada, 16 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

2020/05/51d05-1590513461.jpg
Oxunub: 2464     20:46     26 May 2020    
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 yanvar – 26 may 2020-ci il tarixlərində 128 siqnal (əməliyyat çağırışı) əsasında 114 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Ordu.az xəbər verir ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib.

339 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 57 105 kv.m ərazi yerüstü və 7 666 kv.m ərazi yeraltı yoxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ANAMA  

Bu il Azərbaycanda 11 ədəd piyada, 16 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

2020/05/51d05-1590513461.jpg
Oxunub: 2465     20:46     26 May 2020    