Ermənistanın əsas “paltaryuyanı” və ya antikorrupsiya tədbirlərinin korrupsiya nəticələri – II Hissə

2020/05/image-1590480661.jpg
Oxunub: 1126     11:43     01 İyun 2020    
İrəvanda ekspertlər qeyd edirlər ki, antikorrupsiya kampaniyasının yeni dalğası böyük siyasi kontekstə malikdir․Keçmiş Ermənistan prezidentinin kürəkəni Mikael Minasyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın həbs edilməsi məqsədini daşıyır.

“Hraparak” nəşri yazır ki, təqsirsizlik prezumpsiyasını pozaraq, Baş Nazir aparatı artıq onları korrupsioner adlandırıb və milyonlarla dollar qanunsuz əməliyyatlar həyata keçirməkdə ittiham edib.

“Keçmiş Milli Təhlükəsizlik Xidməti rəhbərini başqa bir dövlətin kəşfiyyatı tərəfindən ələ alınmasında günahlandırılaraq, vəzifədən azad edilməsini iddia edən Nikol Paşinyanın qardaşı oğlu, parlement deputatı Hraç Hakobyan da hazırda Ermənistan media sahəsində baş verən dil döyüşündə meydana atılanlardan biridir. Hansı ölkə tərəfindən ələ alınması qeyd edilmir, amma hamı başa düşür ki, bunun Rusiya ilə əlaqəli olması mümkündür.

Ancaq bu ittihamlar artıq ictimai mülkiyyətə çevrilibsə və bir vaxtlar Baş nazirin Vanetsyanı vəzifəsindən azad etməsi üçün əsas olubsa, onda Artur Vanetsyan niyə hələ də azadlıqdadır?

Korrupsiyaya qarşı mübarizənin təvazökar uğurlarını keçmiş jurnalist Nikol Paşinyanın təcrübəsizliyi ilə əlaqələndirmək olardı, ancaq küncə sıxışdırılan Mikael Minasyanın “inqilab tribunaları”nın korrupsiya mexanizmləri ilə bağlı açıqlamaları aydın səmada şimşək çaxması kimi göründü.

Bəyanatlar bir sıra günahsız faktlara aydınlıq gətirdi, lakin ümumi mənzərədə öz yerlərini tutdu və əsas fiquru Baş nazirin həyat yoldaşı Anna Hakobyan olan korrupsioner bir mexanizmi ifşa etdi”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Korrupsiya  

Ermənistanın əsas “paltaryuyanı” və ya antikorrupsiya tədbirlərinin korrupsiya nəticələri – II Hissə

2020/05/image-1590480661.jpg
Oxunub: 1127     11:43     01 İyun 2020    