Kentin açıqlaması Paşinyan üçün Lavrovun açıqlamasıdan daha vacibdir?

2020/05/pashi-1590222478.jpg
Oxunub: 2467     14:27     23 May 2020    
Rəsmi İrəvan yenə israr edir ki, hakimiyyət dəyişikliyindən sonra heç bir yeni sənəd formalaşmayıb və Ermənistan köhnə sənədlə bağlı danışıqlardan imtina edib.

Mayın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirdi, həmin vaxtda jurnalistlər Dağlıq Qarabağ-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı suallar verdilər.

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun tərəflərin münaqişənin mərhələli şəkildə həllini müzakirə etdikləri açıqlamasına dair yenə sual verildi. Paşinyan hakimiyyət dəyişikliyindən sonra heç bir yeni sənədin meydana gəlmədiyini bir daha təkrarladı və Ermənistanın köhnə sənədlə bağlı danışıqlardan imtina etdiyini bildirdi.

Ermənistanın “Aravot” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Paşinyanın açıqlamasından belə qənaətə gəlmək olar ki, Madrid prinsipləri artıq danışıqlar masasında deyil, hər hansı tam sənəd yoxdur.

“Başqa sözlə, Paşinyan, demək olar ki, iki ildir tərəflərin danışıqlar və müzakirə etdikləri sənədlərin işgüzar sənədlər olduğunu və buna görə dəyişdirilməli olduqlarını aydınlaşdırmağa çalışır.

Lavrovun “mərhələli versiya danışıqlar masasında müzakirə olunduğuna” gəldikdə, Paşinyan əlavə edib ki, “bu şərhləri edərkən, ABŞ Dövlət Departamentinin nümayəndəsinin Rusiya Xarici İşlər Nazirinin açıqlamasını faydalı hesab etmədiyini vurğulamasına diqqət yetirmək lazımdır. Bu şərhləri verənlər bu faktı görmədilərmi? Artıq mənim qeyd etdiyim, sualda qoyulan sözlərin reallığa uyğun gəlmədiyindən xəbər verir”.

Keçən həftə ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Corc Kentin “Alman Marşall Fondu”nun təşkil etdiyi onlayn müzakirə zamanı qiymətləndirmələri təqdim edilmişdi. ABŞ-ın Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasını bölüşməməsinə dair sualına Dövlət Departamentinin mətbuat katibi demişdi: “Rusiya Xarici İşlər Nazirinin açıqlamalarını şərh etməyəcəyəm, yalnız onu deyim ki, Almaniya, Fransa, Ukrayna və Rusiya Xarici İşlər Nazirləri arasındakı görüşdən sonra Donbasdakı vəziyyətlə əlaqədar bir sıra faydasız açıqlamalar verib. Sadəcə onu deyim ki, ABŞ Ermənistanla Azərbaycan arasında dialoqun təmin olunmasında dərindən iştirak edir”.

Qeyd etmək lazımdır ki, Kentin şərhinə baxmayaraq, ATƏT-in Minsk Qrupu həmsədrləri, ABŞ və Fransa Rusiya ilə eyni formatda üçtərəfli bəyanatlar verməkdə davam edir, bu da tərəflər ilə danışıqların prinsip və elementlərini müzakirə etməkdə iştirak etdiklərini göstərir. Lakin Paşinyan üçün əslində Kentin açıqlaması Lavrovun “açıqlamasından”dan daha vacibdir.

“Ümumiyyətlə, bu vəziyyətin müzakirəsi ilə bağlı danışıqlar, dialoq gedir. Biz öz prinsiplərimizi qeyd etdik və Serj Sarkisyanın qoyduğu nöqtədən danışıqları davam etdirəcəyimiz sual edildi, bunu açıq söylədik, dedik ki, yox, çünki miras aldığımız şey bizi qane etmir, qəbuledilməzdir”, - deyə Paşinyan bildirib.

“Qalan suallara isə cavab verdik. Yenə də deyirəm, danışıqlar masasında danışmamağa, qulaq asmamağa məcbur olmamalıyıq. Məsələnin həlli yolları və mərhələləri, yaxud mərhələli və paket variantları barədə müxtəlif fikirlər var. Mərhələli və ya paket olaraq dedikdə, nə demək istədiyimizi başa düşməliyik. Paket həll variantı dedikdə, məsələnin bir saat ərzində həll olunacağını, mərhələli dedikdə isə məsələnin 100 ildən sonra həll olunacağını, yoxsa nə başa düşürük?”, - deyə Paşinyan bildirib və əlavə edib ki, bunlar çox detallı şəkildə aydınlaşdırılmalı olan məsələlərdir.

Mərhələli paket mövzusu nə qədər qaldırılsa da, Ermənistan tərəfi Qarabağın statusu nə vaxt və necə təyin ediləcək, deyə Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə dəqiq olmalıdır.

Paşinyan iddia edib ki, Ermənistan tərəfi öz mövqeyini ardıcıl olaraq qoruyacaq.

“Bir çox insanlar belə bir həllin mümkün olmadığını söyləyirlər. Mümkün deyil, qoy olmasın, o halda həll olunmayacaq. Bizim vəzifəmiz belə bir həll axtarmaq və tapmaqdır. Danışıqlar müzakirə oluna biləcək bir şeydir. Belə bir seçim məqbul ola bilərmi və iki il əvvəl məqbul olmayan bir seçim qəbul edilə bilmərmi? Birdən kimsə qulaqlarımızı bağlayıb otaqdan qaçmalı olduğumuzu söyləmək məcburiyyətində qalmağımızı deməsi lazım deyil. Belə bir şey olmayacaq. Biz öz mövqeyimizi bildirmişik və mövqeyimizi ardıcıl olaraq qoruyacağıq. Yox deməməli olduğumuz bir kompromis ehtimalı olarsa, o zaman çeviklik göstərməliyik. Çünki hər kəs bunun güzəştlərdən keçməli, güzəşt yolları tapılmalı olduğunu söyləyir. İndi sual yaranır, yolverilməz olan kompromis həddi nədir? Azərbaycan, Ermənistan və Qarabağ (qondarma qurum-red.) üçün belə yolverilməz həddlər var. Danışıqlar məhz bunun üçündür.

Ermənistan hökuməti və ya baş nazir Qarabağ məsələsinin qeyri-ermənipərəst həll yoluna gedə bilərmi? Bu sualı mənə vermirsiniz, özünüzə sual verirsiniz, bəs siz, Qarabağ məsələsinin qeyri-ermənipərəst həllinə razı ola bilərsinizmi? Çünki əvvəlki hallardan fərqli olaraq, bu gün danışıqlar masasında oturanlar xalqı təmsil edir və deyirlər ki, əgər bir həll yolu varsa, “yox” demək ağlabatan olmaz, onda yenidən xalqla məsləhətləşməyə gələcəyik. Niyə Qarabağ məsələsi bir nəfərin şıltaqlığı ilə həll edilməlidir? Bu adamın kim olduğunu bilmək istəyirəm”, - deyə Paşinyan vurğulayıb.

Daha sonra Paşinyan Ermənistandan gələn tənqidlərə toxunub.

“Yeri gəlmişkən, Qarabağ məsələsindəki mövqeyimiz həm Azərbaycan, həm də tanınmış dairələr tərəfindən tənqid olunur. Bunun təsadüfü nədir, necə olur ki, Azərbaycan tənqid edir və burada tanınan dairələr eyni vaxtda tənqid edir?”, - deyə o qeyd edib.

Paramentdəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin danışıqlar barədə konstruktiv mövqedə olduğunu söylədiyini xatırlatdıqda, Paşinyan deyib: “Azərbaycan Prezidenti ilə açıq, birbaşa təmaslarımız var. Bu müzakirələrdə səmimi, birbaşa atmosfer hökm sürür. Mən mövqelərimizi açıq şəkildə bildirməyimizi çox vacib hesab edirəm və inanırıq, çünki bugünkü mövqelərimiz bilinir, ifadə olunur, amma Ermənistan, Azrbaycan və Qarabağ (işğal altında olan torpaqlar yaşayan ermənilər nəzərdə tutulur – red.) xalqları üçün məqbul olan bir həll yolu tapmaq üçün çalışmalı olduğumuzu da başa düşürük. Bu söhbətin atmosferi az əhəmiyyət daşımır, baxmayaraq ki, əməli nəticəsi yoxdur. Ən azından belə bir mühitin olması pis deyil. Mən onların Qarabağla bağlı mövqeyini konstruktiv hesab etmirdim, belə olan təqdirdə niyə Azərbaycandan tənqid edərdilər, əksinə, deyərdilər ki, nə yaxşı sözdür, hər şey yaxşıdır”.

Ümumiyyətlə, son həftələrdə rəsmi İrəvan danışıqlar masasında hər hansı bir sənədin olmadığını israrla təkid etməyi davam etdirir.

“Qarşıdakı danışıqlar vacib olacaq, çünki bir tərəfdən Rusiyanın ATƏT-in Minsk Qrupundakı nümayəndəsi olaraq, Lavrovun “açıqlaması”, digər tərəfdən rəsmi İrəvanın bir neçə həftədir yayımlanan açıqlamaları var. Mən Qarabağ məsələsini keçmiş prezidentlərlə müzakirə etməyimin lazım olduğuna zərurət gördükdə, bunun baş verməsi üçün heç bir problem olmayacaq”, - deyə Paşinyan mətbuat konfransında bildirib və əlavə edib ki, əvvəlki danışıqlar haqqında institusional məlumatların dövlət idarəetmə sistemində mövcud olması faktı var

Danışıqlar formatına toxunan Paşinyan deyib: “Biz dəfələrlə Qarabağın “seçilmiş” nümayəndələrinin danışıqlarda iştirakının vacib olduğuna dair fikirlərimizi bildirmişik, çünki Qarabağın seçilmiş nümayəndələrinin iştirakı olmadan problemin həllini təsəvvür etmirik. 1998-ci ildə Qarabağın danışıqlar masasından kənarda qaldığı andan etibarən, son 22 ildə olduğu kimi Qarabağı da danışıqlar masasına qaytarılmasını bilmədiyimiz qeyd edilir. 22 il ərzində bütün beynəlxalq ictimaiyyət bu şəraitdə çalışıb. Sakitliklə bildirilib ki, Qarabağ danışıqlar masasında olmamalıdır. Bu da bəzi fəsadlar törədir. Fikrimiz budur ki, Qarabağ məsələsini onun “seçilmiş” nümayəndələri olmadan həll edə bilmərik, Qarabağın “seçilmiş” nümayəndələrinin əvəzinə qərar verə bilmərik”.

Yeri gəlmişkən, o əlavə edib ki, sülhməramlı qüvvələr ideyası həmişə əvvəlki sənədlərdə və açıq bəyanatlarda mövcud olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Ermənistan  

Kentin açıqlaması Paşinyan üçün Lavrovun açıqlamasıdan daha vacibdir?

2020/05/pashi-1590222478.jpg
Oxunub: 2470     14:27     23 May 2020    