Döyüşlərə, illərin həsrətinə son qoyacağımız günə az qalıb

2020/05/b440d-1590221747.jpg
Oxunub: 2151     14:01     02 İyun 2020    
Bu gün millətimizin mövcudluğunda, dövlətimizin tərəqqisində, ordumuzun dünyada nüfuz qazanmasında onun nümunəvi xidməti ilə seçilən sağlam gəncliyinin olması mühüm önəm daşıyır. Nümunəvi xidməti ilə seçilən gənclər hər zaman ordumuzun aparıcı qüvvəsi kimi çıxış edir, eyni zamanda, ordu həyatının tələblərinə operativ yanaşmaqla onun inkişaf prosesinin fəal iştirakçısına çevrilirlər. Belə gənclərimizdən biri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Samid Ağayevlə "N" hərbi hissəsində tanış olduq.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuna ilk sualımız belə oldu. "Hərbçi olmaq istəyi sizdə nə zaman yarandı?".

"Hərbçi olmaq çox məsuliyyətli və şərəfli peşədir", - deyə çavuş söhbətə başladı. - Vətənimizin dar günündə onun müdafiəsində dayanmaq istəyi məni bu peşənin nümayəndəsi elədi. Həm də minlərlə soydaşımızın doğma el-obalarına geri qayıtmalarına yardımçı olmaqdan, mənfur düşmənin xalqımızın başına açdığı insanlığa sığmayan hərəkətlərinin qısasını almaqdan önəmli nə ola bilər? Müharibə bitməyib. Böyük Qələbə uğrunda gedəcək döyüşlər başlayanda hərtərəfli hazırlıqlı döyüşçü olmaq istəyirdim. Müddətli həqiqi hərbi xidmətimi bitirdikdən sonra ordu sıralarında qalmaq istəyimi komandirlərimə bildirdim. Onlar da məqsədimə çatmağım üçün əllərindən gələni əsirgəmədilər. Şükürlər olsun ki, arzuma çatmışam. Artıq Vətənimin əsgəriyəm. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıyam. Çox sevinirəm ki, az da olsa qazanılan qələbədə mənim də payım var.

Müsahibim danışdıqca qisas hissi ilə alışıb yandığını görməmək mümkün deyildi. "Əynimizə geyindiyimiz formanın haqqını verməliyik. Bunun üçün mütəmadi olaraq hərbi biliklərimizi, vərdişlərimizi təkmilləşdiririk. Biz komandirlər tabeliyimizdə xidmət edənlərə nümunə olmalıyıq. Bunun üçün yorğunluğun nə olduğunu bilməməliyik. Danılmazdır ki, "Təlimdə tər tökənin, döyüşdə qanı tökülməz". Keçirilən genişmiqyaslı təlimlər də nə qədər hazırlıqlı olduğumuzu göstərdi. Ancaq bununla kifayətlənmirik. Çalışırıq ki, xidmətimizi düzgün təşkil edək, hər zaman torpaqlarımızın keşiyində dayanaraq xalqımızı düşməndən qoruyaq. Hər bir Azərbaycan əsgərinin, gizirinin və zabitinin içindən gələn məsuliyyət hissi, vətəndaşlıq borcu sayəsində başqa cür xidmət etməyə haqqımız da çatmır".

Azərbaycan əsgərinin ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq təminatçısı olduğunu deyən Samid Ağayev bildirdi ki, hər birimizi yalnız bir amal birləşdirir - işğal altında olan torpaqlarımızı düşməndən azad etmək. "İnanıram ki, döyüşlərə, illərin həsrətinə son qoyacağımız günə az qalıb. O vaxta qədər çalışmalıyıq ki, döyüş hazırlığımız yüksək səviyyədə olsun. Bunun üçün günün nizam qaydasına uyğun olaraq məşğələlərdə iştirak etməli, qida rasionumuzu və fiziki hazırlığımızı nəzarət altında saxlamalıyıq. Hərbi hissəmizdə hər cür şərait yaradılıb. Bizə yalnız nümunəvi xidmət etmək qalır".

Vətənimizin mərd oğlu ilə sağollaşırıq. Bir daha əmin oluruq ki, güclü ordumuzun sıralarında vətənpərvər oğullar xidmət edirlər. Hər biri Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyir.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Döyüş  

Döyüşlərə, illərin həsrətinə son qoyacağımız günə az qalıb

2020/05/b440d-1590221747.jpg
Oxunub: 2152     14:01     02 İyun 2020    