28 Mayın işığı heç zaman sönməyəcək!

2020/05/c323d-1590220329.jpg
Oxunub: 2859     12:48     28 May 2020    
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə həmişə ehtiramla anılıb.

Ulu öndər Heydər Əliyev Azərbaycan Demokratik Respublikasını həmişə xüsusi qürurla, sevgilərlə xatırlayırdı, onu gənclərə dövlətçilik tariximizin şanlı səhifəsi kimi sevməyi tövsiyə edirdi. Biz gənclər böyük tarixi şəxsiyyətin bütün kəlamlarını həyat amalımız, yaşam fəlsəfəmiz bilmişik. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dövlətçilik tariximizə ehtiram kimi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin dəyərli səhifəsi bildi, onun 100 illiyinin təntənə ilə qeyd edilməsi, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamlar verdi.

Biz gənclər müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası haqqında materialları təkcə maraq üçün deyil, həm də vətəndaş sevgisiylə oxumuşuq, onun tarixini belə bir sevgi ilə öyrənmişik.

Azərbaycan Demokratik Respublikası dünyəvi dövlət idi. Dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınan bu gənc dövlət mövcud olduğu 23 ay müddətində çox şeyə nail oldu. Xalq dövlətini sevdi, onun yaşamı üçün mübarizə apardı. Gənclər yaradılan ordunun sıralarına böyük həvəslə gedirdi. Onlara hərbi biliklər, hərbi vərdişlər aşılanması çətinlikləri də vardı və bu çətinliklərin aradan qaldırılması üçün hərbi məktəb yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Hərbiyyə naziri tam artilleriya generalı S.Mehmandarovun müvafiq əmriylə orduda da danışıq dili Azərbaycan dili oldu. Bu, mükəmməl təhsili olmayan azərbaycanlı gənclərin hərbi vərdişləri, davranışları mənimsəməsini, bu və ya digər silahın istismar xüsusiyyətlərini öyrənməsini asanlaşdırırdı. Azərbaycan Ordusu az müddətdə həm yaradıldı, həm də formalaşmağa başladı.

28 may tarixi gündür. Biz gənclər bu tarixi günün qürurunu böyük vətəndaşlıq məsuliyyətiylə yaşadırıq. Əminik və inanırıq ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəkdir.

28 may gününün dövlətçilik işığını müasir Azərbaycan əbədiyyən sönməyə qoymayacaqdır!.

Şəbnəm Behbudzadə, Bakı şəhəri

Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan Respublikasının qurulmasında əsas rol oynadı. 1918-ci il 26 mayda Tiflisdə Zaqafqaziya seyminin son iclası keçirildi. Səhəri gün Azərbaycanın müvəqqəti Milli Şurası yaradıldı. M.Ə.Rəsulzadə 44 nəfərdən ibarət Milli Şuranın sədri seçildi. 28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması rəsmən elan edildi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq dövründə zaman üçün böyük əhəmiyyətli işlər gördü. 21 iyunda M.Ə.Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qırmızı ay-ulduzlu, sonra 9 noyabr, indiki üçrəngli bayrağı qəbul edildi, Bakıda ilk hərbi paradın keçirilməsi, türk dilinin dövlət dili elan olunması, hərbi donanmanın, Hərbi Nazirlik tərkibində sərhəd qoşunlarının yaradılması və bu kimi digər önəmli qərarlar verildi.

Azərbaycan Xalq Cümhuriyyəti ordusunda əsas problemlərdən biri də dil məsələsi idi. Milli zabit kadrlarının olmaması orduya qeyri-azərbaycanlı zabitlərin cəlb olunmasını labüd edirdi ki, bu da zərərsiz ötüşmürdü. Dövlət dilinin qəbul edilməsindən sonra ordu quruculuğunda buna daha çox diqqət ayrılmağa başlanıldı. Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri Səməd bəy Mehmandarov orduda Azərbaycan dilinin rəsmi dilə çevrilməsinin tərəfdarı idi.

Dekabrın 27-də S.Mehmandarovun imzaladığı 37 nömrəli əmrdə hərbçilər arasında salamlaşmanın Azərbaycan dilində aparılması tələb olunurdu. Hərbçi salamlaşma zamanı "salam" deməli, cavabında "əleyküm salam" eşitməli idi. Əsgər təriflənərkən və ya ona təşəkkür bildirilərkən "mərhaba" deyilməli, əsgər cavabında "çox sağ ol" deməli idi.

Belə qərarlar Azərbaycan dilinin işləkliyini təmin edən tədbirlərdən idi. Müstəqil Azərbaycanın yaradılmasında Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin, Məhəmmədhəsən Hacınskinin, Əhməd bəy Ağayevin və başqalarının böyük fəaliyyəti olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin sürətli inkişafı və dövlət olaraq formalaşması Moskvanı narahat edirdi. Lenin deyirdi: "Bakını almaq olduqca zəruridir". Sovet ordusu 1920-ci ilin aprelində artıq Dağıstanda idi, ermənilər Azərbaycanın qərb bölgələrində üsyana qalxmışdı. Bununla bağlı milli ordunun böyük hissəsi bu regionlara göndərilirdi. Vəziyyətdən istifadə edən XI Qızıl Ordu Bakıya daxil oldu, bununla da bolşeviklər hakimiyyətə gəldi.

Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsi müstəqil Azərbaycana çox şey qazandırdı. Yolumuz 28 maydan doğan günəşin nurunda formalaşdı. Azərbaycan Ordusu Cümhuriyyət Ordusunun layiqli davamçısıdır. M.K.Atatürk deyirdi: "Bir ölkənin ordusu nə qədər güclü olursa-olsun, qazandığı zəfərlər nə qədər parlaq olursa-olsun, bir ölkə elm ordusuna sahib deyilsə, hərb meydanında qazandığı zəfərlərin sonu olacaqdır". Ulu öndər Heydər Əliyev deyirdi: "Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Vətəni qoruyun. Xalq, Vətən sizin şücaətlərinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır." Azərbaycan Ordusunun şəxsi heyəti qürurla deyir: "Azərbaycan Ordusuna xidmət edirəm!"

Hüsniyyə İdrisova, BSU-nun III kurs tələbəsi

Dövlətçilik tariximizin ən dəyərli günlərindən biri orta məktəbdə oxuyanda 28 mayın təntənəylə qeyd edildiyini görürdüm. Atamdan bu günün hansı səbəblərə görə bu qədər dəyərli gün olduğunu soruşdum. Atam mənə xalqımızın müstəqillik mübarizəsindən danışdı, müsəlman şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikasının necə yaranmasından, bu mübarizəni aparanlardan, çətinliklərdən danışdı. Onda atamın sevinci, atamın qüruru mənə bir həqiqəti anlatdı: əsl vətəndaş xalqını, dövlətçiliyini sevməlidir. Mən sonralar da, indi də dövlətçilik tariximizdə olduqca əhəmiyyətli olan Azərbaycan Demokratik Respublikası haqqında daha ətraflı məlumatlar öyrəndim.

Qısa müddətdə dünyanın neçə-neçə dövləti tərəfindən rəsmən tanınan Azərbaycan Demokratik Respublikası özünün ordusunu yaratdı, Hərbiyyə Nazirliyi təsis edildi. Bu, dövlətin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi demək idi. Bu ordu qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı. Tam artilleriya generalı S.Mehmandarovun, tam artilleriya generalı Ə.Şıxlinskinin rəhbərliyi ilə ordu mərhələlərlə inkişaf etdirilməyə başladı. Müasir Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi olduğu kimi, bugünkü ordu da ADR ordusunun varisidir. Azərbaycan Respublikasının dövlət bayrağı da, gerbi də, himni də sələfi olduğu ADR-in dövlət bayrağıdı, gerbidi, himnidi.

Azərbaycan Demokratik Respublikası dövründə təhsilə də xüsusi diqqət yetirilirdi. Dövlət bu istiqamətdə kifayət qədər genişmiqyaslı və gərəkli qərarlar qəbul etdi. Həmin dövrdə bəzi xarici dövlətlərin universitetlərində təhsil almağa göndərildi. Onlar Vətənə ADR-in süqutundan, daha doğrusu, rus imperiyasının ilhaqından sonra qayıtsalar da, Azərbaycan naminə fəaliyyət göstərdilər və gizlin də olsa müstəqillik mübarizəsi aparanların sırasında oldular.

Azərbaycan Demokratik Respublikası dövründə hərbi təhsilin də təşkilinə başlanıldı. Bu, bilavasitə ordu quruculuğunun tərkib hissəsi oldu.

ADR-in ilhaq edilməsi xalqın mübarizə əzminə, ruhunun dönməzliyinə təsir göstərə bilməzdi. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda xalq dövlətçiliyi naminə mübarizəsini davam etdirdi, inandı ki, yenə müstəqil dövlətçiliyə malik olacağıq. Hamı əmin idi ki, ADR-in dövlət bayrağı yenə dalğalanacaq, Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir daha enməyəcək.

28 mayı dövlətçilik tariximizin ən dəyərli günlərindən biri kimi yaşayırıq, yaşadırıq.

Gülsurə Hüseynova, Silahlı Qüvvələrin Hərbi Akademiyası

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xalq-Cümhuriyyəti   28-May  

28 Mayın işığı heç zaman sönməyəcək!

2020/05/c323d-1590220329.jpg
Oxunub: 2860     12:48     28 May 2020    