Milli Qəhrəmanın doğum günüdür

2020/05/99241-1590218201.jpg
Oxunub: 1846     11:12     23 May 2020    
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum günüdür.

Ordu.az xəbər verir ki, Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Babək rayonunun Böyükdüz kəndində anadan olub.

1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.

1988-ci illərdə Xalq Hərəkatına qoşulub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.

1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ailəli idi, bir övladı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Milli-Qəhrəman  

Milli Qəhrəmanın doğum günüdür

2020/05/99241-1590218201.jpg
Oxunub: 1847     11:12     23 May 2020    