Almaniya Qarabağdakı separatçıların fəaliyyətini qadağan edib

2020/05/xin-1-1590213053.jpg
Oxunub: 940     23:25     22 May 2020    
Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır.

Ordu.az xəbər verir ki, rəsmi Berlin Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma qurumun Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edir.

XİN-in məlumatında bildirilib: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

Həmçinin qeyd olunub ki, bununla əlaqədar Almaniya XİN yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Qarabağ  

Almaniya Qarabağdakı separatçıların fəaliyyətini qadağan edib

2020/05/xin-1-1590213053.jpg
Oxunub: 941     23:25     22 May 2020    