Almaniyadan Qarabağ separatçılarına növbəti zərbə

2020/05/51827-1590212910.jpg
Oxunub: 1458     09:45     23 May 2020    
Ermənistan tərəfindən işğal olunmuş Qarabağdakı qondarma qurumun adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb.

Ordu.az AzərTAc-a istinadən xəbər verir ki, Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul olunub.

Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər.

Eyni zamanda qondarma qurumun "AFR-dəki səfiri” Arutyun Qriqoryanın “Facebook”da profili də ləğv edilib. Həmçinin Berlində fəaliyyət göstərən “Avropa Arsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Qarabağ  

Almaniyadan Qarabağ separatçılarına növbəti zərbə

2020/05/51827-1590212910.jpg
Oxunub: 1459     09:45     23 May 2020    